Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seyfulla Mustafayevdən Mirşahin Ağayevin fikirlərinə reaksiya

Mirşahin Ağayevin verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub

“Real” TV-nin rəhbəri Mirşahin Ağayevin tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsinə verdiyi geniş müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müsahibədə vastilə ANS TV-nin rəhbərliyində çiyin-çiyinə çalışdığı Vahid və Seyfulla Mustafayev qardaşları ilə münasibətlərinin pisləşdiyini gizlətməyən Mirşahin Ağayev artıq onlarla əlaqələrinin kəsildiyini və hazırda danışmadıqlarını etiraf edib.

ANS TV ilə bağlı suallara cavab vermək istəməyən M.Ağayevin sözlərindən belə anlaşılıb ki, Vahid və Seyfulla Mustafayev “Real” TV-nin açılmasından xoşhal olmayıblar və ondan inciyiblər.

Sosial şəbəkədəki müzakirələri nəzərə alan Modern.az-ın əməkdaşı Seyfulla Mustafayevlə əlaqə saxlayaraq, “Real” TV-nin fəaliyyəti, Mirşahin Ağayevin fikirləri haqda münasibət öyərnəməyə çalışıb.

Lakin əməkdaşımızın suallarına bərk əsəbiləşən Seyfulla Mustafayev “Mən buna münasibət bildirməyəcəm” deyə sərt reaksiya nümayiş etdirərək, danışmaq istəmədiyini vurğulayıb.

Xatırladaq ki, Milli Teleradio Şurası Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən etibarən dayandırılması barədə qərar qəbul edib.

ANS-in lisenziyasının ləğv edilməsinə səbəb kimi Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq göstərilib. Bu ittihamda televiziyanın Fəthullah Gülənə dəstək verdiyi iddia olunmuşdu.

Vahid Mustafayev ANS TV-nin prezidenti, Seyfulla Mustafayev və Mirşahin Ağayev isə telekanalında vitse-prezidenti işləyirdilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar