Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Partizani”nin baş məşqçisi:"Bakıya turist kimi gəlməmişik"

Bunu  “Partizani” komandasının baş məşqçisi Franko Lerda deyib

“Penalti seriyası oyunun gedişatından asılıdır. Yenə qolsuz heç-heçə qeydə alına bilər və ona görə də 11 metrlik zərbələrə də hazırlaşmışıq”.

Bunu Albaniyanın “Partizani” komandasının baş məşqçisi Franko Lerda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində söyləyib.

“Dalğa Arena”da mətbuat konfransına qatılan italiyalı mütəxəssisin sözlərinə görə, məqsədləri növbəti mərhələyə yüksəlməkdir: “İlk matç geridə qalıb. Bakıya turist kimi gəlməmişik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Sabah qalib gələcəyimizə 100 faiz əmin deyilik. “Qarabağ”ın büdcəsi “Partizani”dən qat-qat üstündür. Rəqibə hörmətlə yanaşırıq. Biz də öz bacarığımızı göstərmək istəyirik. İlk oyun “Qarabağ” haqqında bildiklərimizi təsdiqlədi. Futbolçuları fərdi baxımdan çox yaxşıdırlar. Böyük təcrübəyə malik komandadır”.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar