Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairlə ilahiyyatçı arasında qalmaqal

Qalmaqala səbəb sosial şəbəkədə paylaşılan status olub

Bir neçə gün əvvəl tanınmış şair Aqşin Yeniseyin Feysbuk profilində ilahiyyatçı-alim Elşad Miri barədə yazdığı status sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə, bir qisminin isə etirazına səbəb olub. Şairin narazılıq doğuran statusu digər şəxslər tərəfindən də dəfələrlə paylaşılıb.
Sözügedən statusda A.Yenisey ilahiyyatçını bir məsələdən dolayı ittiham edərək, yarı ciddi, yarı zarafat onu insanların başını “dinlə yumaqda” suçlayıb:

“Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz E.Mirinin övladını ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib, demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb. Bele görünür, heç 500 il bundan sonra da atmayacaq. Sadəcə öz övladımızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur”.

Statusda bəzi məqamları nəzərə alaraq şairin bəhs etdiyi ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq və barəsində yazılmış statusa münasibət öyrəndik. Haqqındakı iddialardan narazılıq ifadə edən ilahiyatçı məlum statusun başqa şəxslər tərəfindən də Feysbukda yayıldığını deyərək, hamısı ilə bir-bir maraqlandığını söylədi:

“A.Yeniseyin əslində şəxsimə, ailəmə aid özəl bir məsələ ilə bağlı statusunu daha sonra jurnalist Vüsal Məmmədov və “1news.az” saytı gündəmə gətirdi. Yəni, proses iki gün davam etdi. Əlbəttə, bu, yolverilməzdir. Bütün bunları nəzərə alaraq bugün geniş video-material yayacam və iddia edilən məsələlərlə bağlı ətraflı açıqlama verəcəm. Burada təkcə Aqşinin yazdıqlarından söhbət getmir, yazılan şərhlərin arasında bəzi “dindarlar” təhqirəmiz ifadələr səsləndiriblər. “Başı açıq, hicabsız” və s. sözlərlə ailəmə dil uzadıblar. Hazırladığım videoda hamısına aydınlıq gətirəcəm”.(Sherg.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar