Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir

Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib.

Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:

“Yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da ləngidir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə 20 faizə yaxın azalmanın olacağı gözlənilir. Azalma, eyni zamanda sahə pomidorlarının bazara nə qədər çıxarılacağından asılıdır. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha çox təsir edə bilər”.

V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha Xaçmaz, Tovuz, Qazaxda rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb. /Trend

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar