Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bazarlarda pomidorun qiyməti durmadan artır - Səbəb nədir?

Azərbaycanda pomidor “qırmızı qızıla” çevrilir. Bu məhsulun qiymətinin durmadan artması hansı səbəblərlə bağlıdır...

Kənd təsərrüfatı üzrə mütəxəssis: “Çox təəssüflər olsun ki, kənd təsərrüfatı naziri ölkənin ərzaq təhlükəsizliyini təmin etməli olduğu halda daha çox xaricə gedən məhsulları saymaqla məşğuldur”.

“Əsas problem odur ki, istehsal azdır və buna görə də məhsulun qiymətində belə ciddi fərq yaranır”.

Bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli ölkədə pomidorun qiymətinin durmadan qalxmasını PİA.az-a şərh edərkən qeyd edib.

Pomidor mövsümü olmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti durmadan artır. Hazırda bu çox tükədilən məhsulun qiyməti 2 manatdan başlayır və 3 manata qədər yüksəlir. Bundan əvvəl isə yayılan məlumatlrda isə bildirilidi ki, Rusiya Azərbaycandan pomidor idxalını dayandırıb. Pomidor Rusiyaya da getmirsə, bu vacib tərəvəz meyvəsi ilə nə baş verir? Qiymətlərin durmadan qalxmasının səbələri ilə bağlıdır? İstehsal azalıb, yoxsa başqa problemlər var?

Maraqlıdır ki, pomidor istehsalçıları topdansatış bazalarının pomidorun onlardan çox ucuz qiymətə almalarından şikayət edirlər. Zirədə istilikxanalarda pomidorların topdansatış qiyməti ilə maraqlandıq. Məlum oldu ki, istehsalçılar pomidoru 30-40 qəpik arasında satırlar. İstehsalçıların satdığı qiymətlə bazardakı qiymət arasında bu qədər fərq necə yaranır? Belə demək mümkündürsə, bu vəhşi qiymətləri kimlər təyin edir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlinin fikirlərini öyrənib.

Vahid Məhərrəmli: “Bu gün ölkədə pomidor və digər tərəvəz məhsullarının qiyməti bahalaşması yanlış siyasətin nəticəsidir”.

Azərbayanda kifayət qədər böyük həcimdə istixanaların olduğunu xatırladan kənd təsərrüfatı üzrə mütəxəssis bildirib ki, əgər həmin istixanalarda normal, aqrotexniki qaydalara uyğun olaraq pomidor istehsal olardısa, bu gün, hətta qış mövsümündə belə Azərbaycanda pomidorun qiyməti 1 manatdan baha olmazdı:

“Əvvəla onu qeyd edim ki, pomidorun Rusiyaya getməi ilə ölkə daxilində həmin məhsulun qiymətinin baha olmasını deyənlər yanılırlar. Çünki Azərbayanda kifayət qədər böyük həcimdə istixanalar var. Əgər həmin istixanalarda normal, aqrotexniki qaydalara uyğun olaraq pomidor istehsal olunardısa, bu gün, hətta qış mövsümündə belə Azərbaycanda pomidorun qiyməti 1 manatdan baha olmazdı.

Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran bir nömrəli vəzifə ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdən ibrətdir. Çox təəssüflər olsun ki, kənd təsərrüfatı naziri ölkənin ərzaq təhlükəsizliyini təmin etmli olduğu halda daha çox xaricə gedən məhsulları saymaqla məşğuldur. Nazir çıxışında fəxrlə deyir ki, ölkədən Rusiyaya ixrac olunan pomidorun həcmi artıb. Halbuki həmin məhsul ilk növbədə daxili bazarın təminatına yönəldilməlidir.

Baş verənlərin hamısı ondan xəbər verir ki, ölkədə ərzaq istehsalı ilə bağlı vəziyyət qaydasında deyil. Yəni ölkədə istehsal qaydasında deyil, istehsal təlabatı ödəyə biləcək qədər deyil, istehsal həm də ixrac və təlabatı ödəyə biləcək qabliyyətdə deyil. Bu da Kənd Təsərrüfatı Nazirliyinin apardığı yanlış siyasətin nəticəsidir. Yanlış siyasətin nəticəsidir ki, bu gün ölkədə pomidor və digər tərəvəz məhsullarının qiyməti bahalaşıb. Həmçinin bazara çıxarılan məhsulun həcmi azalıb və nazirlik də bundan narahat olmur.

Vahid Məhərrəmli: “İstehalçının qiyməti ilə bazar qiymətinin arasında fərqin böyük olması təbii haldır”.

Əsas problem odur ki, ölkədə istehsal azdır və buna görə də məhsulun qiymətində belə ciddi fərq yaranır. Ümumiyyətlə istehalçının qiyməti ilə bazar qiymətinin arasında fərqin böyük olması təbii haldır. Digər ölkələrdə də belədir. Mən dəfələrlə nümunə gətirmişəm ki, “Golden” alması İtaliyada fermer tərəfindən tədarükçülərə, alıcılara 20 sentə təklif olunur, halbuki həmin alma marketdə 2 avroya satılır. Yəni 10 dəfə baha satılır. Məhsulun tədarükü, onun nəql edilməsi, saxlanılması böyük xərc tələb edir. Digər tərəfdən də məhsulun bir hissəsi xarab olur.

Azərbaycanda paradoks ondan ibarətdir ki, ölkədə yeganə topdan-satış mərkəzi var, o da monopoliyadadır. Yəni digər ölkələrdən fərqli olaraq Azərbaycanda monopolistlər yaranmış vəziyyətdən sui-istifadə edirlər. Söhbət “Meyvəli” adından topdan-satış mərkəzindən gedir. Onlar hər dəfə çalışırlar ki, yaranmış vəiyyətdən bəhrələnsinlər. Buna görə də bazarda qeyri-dayanıqlı qiymət mövcuddur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar