Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər...”

“İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik”.

PİA.az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində deyib.

M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib: “Bu ifadə bəlkə də çoxlarında qıcıq doğuracaq. Amma mən bunu belə başa düşürəm və bu tək mənim düşüncəm deyil. Azərbaycanda belə düşünənələrin sayı yəqin ki, lap çoxdur. Mən Azərbaycan dövləti və Azərbaycan prezidenti deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir...”.

M. Ağayev qeyd edib ki, o 25 il vətəndaş mövqeyini jurnalistika prinsiplərinə qurban verib: “Amma məhz 2016-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanda heç kim tərəfsiz olmamalıdır.

Bu il 30 il tamam olacaq ki, jurnalistika ilə məşğul oluram. Hesab edirəm ki, bu gün Azərbaycanda yaçayan adamlar, məni tanıyanlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər. Ona görə yox ki, şahin quşdur, filan... Sadəcə olaraq arxamca gələn adamlar bilməlidirlər ki, onları hara aparıram.

Mən o adamlarla heç vaxt razılaşmayacağam ki, 11 ay hakimiyyəti əlində saxlaya bilməyiblər və 26 ay əlində saxlayanlardan tələb edirlər ki, “sən get mən gəlim”. Mən onları heç vaxt qəbul etməyəcəyəm”. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar