Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxının Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir – Video

Yolun bu hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir

Şamaxı rayonunun Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir.

Yerli sakin Elsəvər Rəsulov “Report”un Yuxarı-Şirvan bürosuna bu yoldan artıq üçüncü dəfədir istifadə etdiyini və hər dəfə eyni hadisə ilə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, yolun Dəmirçi kəndindən Lahıca gedən 3-4 kilometrlik hissəsində avtomobilin sürəti aşağı düşür və maşın arxaya doğru hərəkət etməyə başlayır.

“Hətta avtomobilin mühərriki sönmüş, sürətlər qutusu isə neytral vəziyyətdə olduğu halda belə, nəqliyyat vasitəsi arxaya getməyə başlayır. Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət get-gedə artaraq hətta 60 km/saata çatır”, – deyə o əlavə edib.

Elsəvər Rəsulov ehtimal edir ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.

Yerli sakinlərin sözlərinə görə, onlar da həmin sözügedən ərazidə eyni yerdə olanda, maqnit avtomobilləri əks istiqamətə çəkir və onlar çətinliklə üzləşirlər. Sakinlər də düşünür ki, həmin ərazidə maqnit sahəsi var və bunun araşdırılması lazımdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar