Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata türmədə olan oğluna narkotik gətirdi, ana isə bıçaq - Foto

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan "Head & Shoulders" markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 170.3.2; 308.1; 66.3; 66.4 və 45-ci maddələrinə əsasən, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş 1 ədəd ülgüclü bıçaq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.(Milli.Az)

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar