Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxt polisindən AXH-nin ofisdən çıxarılmasilə bağlı açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi açıqlama verib

Bakı Şəhər Baş Polis İdarəsi hüquq-mühafizə orqanlarının Azərbaycan Xalq Hərəkatının (AXH) ofisinə basqın etməsi barədə məlumatı təkzib edib.

Paytaxt polisinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, təşkilatın yerləşdiyi ofis yerin sahibi tərəfindən qapadılıb.

Polis nümayəndəsinin məlumatına görə, obyektin mülkiyyətçisi ofisi ANTV.AZ İnternet kanalına icarəyə verib. Ancaq ofis sahibi biləndə ki, obyektdən təyinatı üzrə istifadə olunmur və orada bir qrup müxalifyönlü şəxs “icazəsiz yığıncaqlar keçirir”, mühafizə-komendatura işçilərinin köməyilə ofisi boşaldıb və bundan sonra polisə müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsində müvafiq araşdırmalar aparılır.

Bundan öncə AXH nümayəndəsi Ağasif Şakiroğlu bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları təşkilatın ofisinə gələrək oranı bağlayıblar. 10 nəfər AXH üzvünü naməlum istiqamətə aparıblar, sonradan buraxıblar.(azpolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar