Yanğınla bağlı Föqəladə Hallar Nazirliyi açıqlama yayıb
Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Elit” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla bağlı Föqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata əsasən dağlıq ərazidə 100 m2 sahədə məişət və təkər tullantıları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(oxu.az)
pia.az