Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı- Detallar

Şirkətin saytında “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib

Rusiyanın mobil operatorlarından biri olan “Meqafon” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.

Trend-in məlumatına görə, Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, “Meqafon” Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib.

Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb.

Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə “Meqafon” şirkətinin cavabı belə olub: “Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir.”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiAzərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində “Meqafon” şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.

Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının “Meqafon” şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.

Xatırladaq ki, “Meqafon” Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan “Qarabağ Telekom” şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.

pia.az


Etiket: Meqafon təxribat

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"

İlqar Məmmədov: Təqsirsiz insanların həbsi Azərbaycana böyük rüsvayçılıq gətirəcək – Video

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv edildi

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

loading...

Ən çox oxunanalar