Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

AVRO-2020-nin biletlərinə rekord sayda sifariş qəbul olunub

Futbol üzrə 2020-ci il Avropa çempionatı üçün satışa çıxarılmış biletlərin ilkin fazası rekord müəyyənləşdirib

"Report"un məlumatına görə, UEFA 19,3 milyon bilet üçün ərizə alıb. Halbuki, AVRO-2020-nin analoji dövrü üçün 11 milyon sifariş qəbul edilmişdi.

12 iyul 2020-ci ildə İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşması üçün 1,9 milyon bilet istənilib. Bu, stadionun tutumundan 22 dəfə çoxdur və AVRO-2020-nin 51 matçı arasında ən yüksək tələbatlısıdır.

İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda 12 iyun 2020-ci ildə keçiriləcək açılış oyununa isə 540 min və ya stadionun tutumundan 8 dəfə çox ərizə gəlib. Ümumilikdə, sifarişlər 213 ölkədən daxil olub.

Bu ayın sonlarında atılacaq püşk nəticəsində təsdiqlənən ərizələrin sahibləri müəyyənləşəcək. Bu barədə azarkeşlərə avqustun ortalarınadək məlumat veriləcək. Ərizələri qalib sayılan azarkeşlər bildirişləri elektron poçt vasitəsilə qəbul etdikdən 10 gün sonra biletləri almalıdırlar.

Bilet üçün növbəti ərizə imkanı dekabrın sonlarında - final mərhələsinin püşkatmasından sonra olacaq. Komandaları final mərhələsinə yüksəlmiş azarkeşlər biletləri öz milli assosiasiyaları vasitəsilə əldə edə bilərlər. Ərizə vermək üçün milli assosiasiyaların müəyyənləşdirdiyi meyarlara cavab vermək lazımdır.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

pia.az

Etiket:

loading...