Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Vaşinqtonda demokratiya cəbhələri: Türkiyəyə qarşı qərar nə olacaq?

Əkrəm İmamoğlu seçkisi Vaşinqtonda bir qismi Türkiyədə demokratiyanın olduğuna inandırıb

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 15 iyul 2019-cu il

S-400 raket sistemlərinin göndərilməsi və ABŞ senatının sanksiyaların tətbiqi barədə təzyiqlər göstərməsindən sonra bu məsələ ilə bağlı adminstrasiya daxilində 2 fraksiya ortaya çıxıb.

Bir fraksiya Türkiyə hökumətinə qarşı sərt və güzəştsiz davranmağı müdafiə edir. Onlar uzun müddətdir ki, Ərdoğana qarşı sərt siyasət aparılmasını müdafiə edirlər. Bu fraksiya prezident Trampa məsləhət görüb ki, 12 sanksiyadan ən ağır 5-i tətbiq olunmalıdır. Onlar həmçinin Senatla koordinasiyalı şəkildə işləyirlər.

Digər fraksiya isə son günlərdə daha çox aktivlik göstərir. Onlar bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun qalib gəldiyini xatırladaraq vurğulayıblar ki, Türkiyədə demokratiya zədələnmiş olsa belə, hələ də işləyir və xalqın azad iradəsi hakimiyyəti də dəyişə bilər. Fraksiya bildirir ki, bu mərhələdə əgər Amerika türk xalqın çiyinlərinə iqtisadi sanksiyalar qoysa, o zaman mövcud olan anti-Amerika mövqeyi daha da dərinləşəcək. ABŞ-ın xalqı cəzalandırmaq kimi bir addım atmamalı olduğunu bildirən bu qrup düşünür ki, sanksiyalar tətbiq etmək Amerikanın uzunmüddətli maraqlarına da mane olacaq. Həmçinin, Türkiyənin NATO-dan uzaqlaşmasının ABŞ-a baha başa gələcəyi də qeyd edilir. Bütün arqumentlərdən sonra bu qrup prezidentə təqdim olunacaq 12 alternativ sanksiyalardan ən yüngül 5-nin tətbiq olunmasını müdafiə edir.

Prezident Trampa qalsa, birbaşa olaraq yumşaq sanksiyalar tətbiq edib hüquqi məsuliyyəti üzərindən atacaq. Lakin senat daxilində sərtliyə üstünlük verən bir qrupun təzyiqləri davam edir.

Aydındır ki, bu gün Prezident Tramp bu məsələnin 2 ölkə arasında problemə çevrilməsinin kökünü Türkiyədə yox, Obama administrasiyasında görür və ölkələr arasındakı böhranın yüngül sanksiyalarla həll edilməli olduğunu düşünür. Bu məsələdə Prezidentin nə qədər uğurlu olacağını bir neçə günə görəcəyik.

7 iyun 2019-cu il tarixində senat “Defense Authorization Act for Fiscal Year 2020” (2020-ci maliyyə ili üçün müdafiə icazəsi barədə qanun) adlı qanunu 86 səsə qarşı 8 səslə qəbul edib. Bu qanuna görə, S-400 raketləri göndərildikdən sonra F-35 raketlərinin Türkiyəyə göndərilməsinin qarşısı alınacaq. Həmçinin, qanun Senatda müzakirə edilərkən irəli sürülən bir dəyişiklik də qəbul edilib və qanunun mətninə əlavə olunub. Bu dəyişikliklə bağlı təklif ondan ibarətdir ki, Prezident Türkiyəyə raket göndərdikdən sonra bəzi sanksiyalar da tətbiq edəcək. Bu sanksiyalar da CAATSA (Sanksiya Qanunları Çərçivəsində Amerikanın Düşmənlərinə Qarşı Mübarizə) çərçivəsində tətbiq ediləcək.

CAATSA qanununda Prezidentə istənilən sanksiyaları 180 gün ərzində ertələmək hüququ verilir. Amma bunun olması üçün Prezident sanksiya tətbiq olunacaq ölkənin davranışlarında yumşalma və ya ABŞ üçün müsbət yöndə işarələr olub olmadığını Senata sübut etməlidir.

Bu səbəbdən, prezident Trampın Türkiyə üçün 180 gün ertələmə etməsi çox da ehtimal edilmir.

Lakin prezidentlərə bir variant da verilib. Əgər CAATSA ilə işləsələr, 12 sanksiya növü var. Prezidentin bunlardan 5 dənəsini seçib tətbiq etmək hüququ var. Bu mərhələdə prezident Trampın Türkiyəyə ən yüngül sanksiyaları tətbiq edərək iki ölkə arasındakı münasibətləri qorumaq ehtimalı var.

Bu qərarlar çox sürətlə verilməyəcək. Çünki adminstrasiya 15 iyul hərbi çevrilişinin arxasında Amerikanın olduğunu düşünən Türkiyəyə qarşı tam da həmin hadisənin ildönümündə sanksiyalarla bağlı açıqlama vermək istəmir.

Artıq dəqiqdir ki, daha yüngül sanksiyaların tətbiqinə qərar verilsə də, F-35 qırıcılarının istehsalı və raketlərin Türkiyəyə verilməsi barədə qurulmuş proqramdan Türkiyə çıxarılacaq. Çünki dediyim 2 fraksiya da düşünür ki, bu, Amerikanın milli maraqları baxımından çox gərəklidir. Həmçinin, yüngül sanksiyaları müdafiə edən fraksiya da düşünür ki, F-35 qadağası türk iqtisadiyyatına çox az təsir edəcək. Lakin bunun son dönəmlərdə yüksəlişdə olan Türkiyə müdafiə sənayesinə mənfi yöndə təsir göstərəcəyi də bildirilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Etiket:

loading...