Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada kütləvi zəhərlənmə: 5 nəfərin vəziyyəti ağırdır

Quba rayonunda kütləvi zəhərlənmə olub

PİA.AZ “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri - 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, Mavigül Mövlud qızı Ömərova bir neçə il bundan əvvəl Türkiyəyə gəlin köçüb. Bu yay anasının evinə qonaq gəlib və evdə onun gəlişi münasibətilə süfrə açılıb. Ehtimal olunur ki, həmin süfrədə hər hansı qidadan zəhərlənmə baş verib.

Faktla bağlı araşdırma aparılır.

pia/az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar