Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrüyün keçmiş rəisi haqda araşdırma aparılır – Mülkləri aşkarlandı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tələbə yoldaşı və şəxsi dostu olmasına baxmayaraq, ötən ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun ətrafında araşdırmalar bu gün də davam edir

PİA.AZ xəbər verir ki, AzToday.az-a daxil olan məlumata görə, külli miqdarda mənimsəməyə görə V.Talıbovun qəzəbinə gələn A.Məmmədovun Bakıda yeni obyektləri aşkarlanıb. Məsələ ondadır ki, A.Məmmədov mənimsəmə ittihamlarını qəbul etmirdi. Lakin MR hüquq-mühafizə orqanlarının aylardır davam edən araşdırmaları müəyyən nəticələr verib. Məlumata görə, bu yaxınlarda A.Məmmədovun Bakıda yeni milyonluq əmlakları aşkarlanıb. Bu əmlakları o, Etibar Kərimov adlı keçmiş gömrük işçisinin və yaxın dostunun nəzarəti altında gizlədibmiş.

Qeyd edək ki, A.Məmmədovun Naxçıvanda və Bakıda yerləşən çoxsaylı əmlakları indiyədək əlindən alınmışdı. Lakin istintaqçılar bununla kifayətlənmir, belə hesab edirdilər ki, o, əmlaklarının bir hissəsini gizlədir. Belə görünür ki, bu şübhələr özünü doğruldub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar