Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu adam qeyri-peşəkardır – Ekspert

"Belə əsassız bəyanatlar vermək nazir müavininə və nazirin özünə yaraşan iş deyil”

PİA.AZ bildirir ki, bu sözləri Sfera.az-a soğanın qiymətinin baha olmadığını bildirən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:

"İlham Quliyev yaxşı olardı ki, bunu deməzdən əvvəl soğanın maya dəyərinin necə formalaşdığını, hansı regionda neçəyə başa gəldiyini söyləyəydi. Təxminən 2 ay öncə soğan təxminən 2 manata satılırdı. O, gərək həmin zaman da qiymətin nədən belə yüksək olmasını açıqlayardı. Əslində nazir müavini olan İlham Quliyevin belə söz deməsi ondan xəbər verir ki, bu adam qeyri-peşəkardır. Hesab edirəm ki, belə əsassız bəyanatlar vermək, ümumi sözlərlə əhalini sakitləşdirmək kənd təsərrüfatı nazirinin müavininə və yaxud özünə yaraşan iş deyil. Onlar yerlərdə olmalı, hər bir məhsulun may dəyərilə bağlı yerindəcə məlumat əldə etməlidirlər”.

Qeyd edək ki, soğanın qiymətinin artması fonunda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bunun əksini söyləyib: "Soğanın qiyməti heç də baha deyil. Bu məhsul, demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar