Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika xüsusi təyinatlıları Rusiya ilə gizli müharibəyə hazırlaşır

Amerika ordusunun komandosları Rusiya ilə yeni gizli müharibəyə hazırlaşır

Virtualaz.org “The New York Times” qəzetinə istinadən xəbər verir ki, məqsəd tanınma nişanı daşımayan Rusiya qüvvələrinin Şərqi Avropa ölkələrinə qarşı mümkün hərbi müdaxiləsinin qarşısının alınmasında yerli qüvvələrə dəstək verməkdir.

Bu təlimlər prezident Donald Trampın Yaponiyada G-20 sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Kremlin Azərbaycan seçkilərinə müdaxiləsi barədə zarafatlaşması ərəfəsində Macarıstanda keçirilib.

“Bu, gələcəyə qayıdışdır. Xüsusi təyinatlı qoşunlar Rusiya təcavüzünə qarşı ön cəbhədə işləməyə məcburdur”,-Pentaqonun xüsusi əməliyyatlar komandanlığının rəhbəri general Riçard Klark bildirib.

Təlimlərdə Rumıniya və Bolqarıstan hərbçiləri də iştirak edib. İki həftə davam edən təlimlər “boz zonada” məxfi əməliyyatların necə həyata keçirildiyini görməyə imkan verirdi. Bu hələ açıq münaqişə deyil, lakin hər iki tərəfin qaçmağa çalışdığı əsl müharibə həmişə baş verə bilər.

Təlimlərə rəhbərlik etmək üçün yaradılan qərargahda macar və amerikalı zabitlər bir-birləri ilə daxili siyasətdən danışmamağa çalışırlar, macar hərbi komandanlığının Moskva ilə sıx əlaqələri haqda suallardan qaçırlar.

Bu ilin mayında Tramp Ağ evdə Macarıstanın avtoritar baş naziri Viktor Orbanı-Avropanın ən aparıcı millətçilərindən birini və Moskvanın adamını isti qarşılayıb. Hərçənd Vaşinqtonda çoxları Macarıstan rəhbərliyinin Moskva ilə əlaqələri möhkəmləndirməyə yönəlmiş fəaliyyətindən, demokratik institutları bağlamasından ciddi narahatlıq keçirir. 30 əvvəl şərq bloku dağılanda Macarıstan NATO-nun sıralarına birinci daxil olanlardan idi. Lakin 2010-cu ildə Orbanın hakimiyyətə gəlişindən sonra Budapeştin kursu dəyişib.

Belə vəziyyətdə keçirilən təlimlər Rusiyanın Krımı ilhaq etməsindən bəri ABŞ-ın rəhbərliyi ilə Şərqi Avropada ən iri təlimlər idi. Bu təlimlərlə minlərlə amerikalı və avropalı hərbçi, o cümlədən Rusiya yaxınlığında, Baltik sahilində hücumu imitasiya edən 50-yə yaxın hərbi gəmi cəlb edilib.

Təlimlərin ssenarisinə əsasən Rusiya gizli hərbi müdaxiləyə başlamazdan əvvəl kiberhücum həyata keçirərək kosmosdan idarə olunan müasir hərbi texnikanı və yüksək dəqiqlikli zərbələr endirməyə imkan verən vasitələri sıradan çıxarır.

“Biz kompasa və xəritəyə geri dönürük. Əlimizdə ancaq bu var, başqa heç nə. Köhnə məktəbdir. Biz yaxşıya ümid edirik, amma ən pis varianta hazırlaşırıq”,-macar ordusunun generalı Tamaş Şandor deyir.

Komandoslar kiçik dəstələrə bölünərək gizli kəşfiyyat, hədəfə xəlvəti yaxınlaşma və yerli qoşunlara informasiya ötürmə əməliyyatlarını məşq edirlər. Onlar habelə gecə saatlarında təmas xəttini keçib düşmən hərbçisini əsir götürməyi də öyrənirlər.

Təlimlərin epizodlarından birinə görə 20-yə yaxın macar xüsusi təyinatlısı rusiyameylli separatçılar tərəfindən tutulan və içərisində “çirkli bomba” hazırlanan binanı ələ keçirir. Binanın üstündə “Cougar” vertolyotu “asılır”, xüsusi təyinatlılar ikinci mərtəbəyə enib bomba hazırlanması üçün materialları götürürlər...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar