Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə böhranla üz-üzə - Sanksiya olacaqmı?

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir

Bu durumu şərh edən iqtisadçı Vüqar Bayramov bildirir ki, təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir.

İqtisadçı bildirir ki, “Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir. “Okeanın o tayında sanksiyalar ilə bağlı qərar qəbul edilərsə, bu Türkiyə iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər.

Əvvəlla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiayalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndiriəcək.

Eyni zamanda, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər ki, bu xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq.

2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13.2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib.

Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox- 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoluşunda çəkisi azalsa da Asiya ölkələrinin töhvəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunursa və uzun müddət qüvvədə qalarsa o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir”.(yeni sabah)

pia.az


Etiket: “Fitch”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar