Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki Fövqəladə Hallar Komissiyasının sədri – “Yaralıların həyatı üçün təhlükə yoxdur”

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib

Bu barədə “Report”a Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.

O, qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir”, – deyə o bildirib.

İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. “Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək”.

Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar