Cümə axşamı, 22 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

"Qarabağ" əsas futbolçusundan imtina edir

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib

Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan və başqa klublardan təklif alan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban Qurbanov ondan imtina etmək qərarına gəlib.

Bu arada, "Qarabağ"ın rəsmi sosial şəbəkəsi xəbər yayıb ki, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə yeni transfer Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə cavab oyununda meydana çıxa bilər.

Qeyd edək ki, Ailton da Gerye kimi müdafiənin sol cinahında oynayır.(qol.az)

pia.az

Etiket: Qarabağ

Şərh yazın.

loading...