Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Turizm Agentliyinin sədri: “Şəkidə hadisə zamanı xəsarət alan bir nəfərin vəziyyəti ağırdır, ölən yoxdur”

Hadisə bu gün saat 12.00 radələrində baş verib və Dövlət Turizm Agentliyinin əməkdaşları hadisə barədə məlumat alan kimi Şəkiyə yollanıblar

Bunu Şəki Xan sarayında Xan çinarın budağı qırılması və 19 nəfər xəsarət alması barədə jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

F. Nağıyev hazırda digər müvafiq dövlət qurumlarının əməkdaşlarının da hadisə yerində olduğunu söyləyib: "Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir Fövqəladə Hallar Nazirliyinin helikopteri artıq Şəkidə aeroportdadır. Bakıdan təcrübəli mütəxəssislər Şəkiyə gəlib və məhz onlar xəsarət alanlardan neçə nəfərin Bakıya aparılmasına qərar verəcək".

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndəriləcək: "Digər 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".

F. Nağıyev hadisə nəticəsində ölüm halının olması barədə yayılmış məlumatın həqiqəti əks etdirmədiyini nəzərə çatdırıb: "Bir nəfərin vəziyyəti ağırdır. Məsələ ilk dəqiqdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir".(APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar