Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Murillo İtaliyaya qayıtdı

"Sampdoria" klubu heyətini yeni futbolçu ilə gücləndirib

A Seriyası təmsilçisi "Valensiya" klubunun müdafiəçisi Ceyson Murilyonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı kolumbiyalı futbolçu 1 illik icarəyə götürülüb. Amma mövsüm bitəndən sonra "Sampdoria" 15 milyon avro ödəməklə onun transfer hüququnu da alacaq.

"Udinese" klubunun yetirməsi olan Murilyo, bu ölkədə daha çox "İnter"dəki çıxışı ilə məşhurlaşıb. İspaniyada isə "Granada", "Cadiz" və "Las Palmas"da da oynamış futbolçu, "Valensiya"da 2017-ci ildən forma geyinir. Bu ilin yanvar ayında Barcelona-ya da icarəyə verilmiş mərkəz müdafiəçisi, Kataloniya təmsilçisində cəmi 2 oyuna çıxıb. Kolumbiya yığmasında 18 oyun keçirən Murilyo 1 qolla yadda qalıb.(goal.az)

pia.az

Etiket: Murillo

Şərh yazın.

loading...