Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

""Atletiko Madrid" Qrizmannı çox təəssüfləndirdi" - Vəkil

"Atletiko Madrid"dən 120 milyon avro müqabilində "Barselona"ya transfer olunan Antuan Qrizmannın vəkili açıqlama verib

Fransalı futbolçunun vəkili Sean Karian Madrid təmsilçisinin 200 milyon avro təzminat tələb etməsinə təəccübləndiyini bildirib:

"Xüsusi olaraq, danışılanların tam tərsini edən "Atletiko" Qrizmannı çox təəssüfləndirdi. O, həqiqətən, bu davranışlara layiq deyildi və özünə qarşı bu qədər pis davranış gözləmirdi. Təhdidlərlə bağlı nə lazımdırsa, edəcəyik".

"Barselona" Qrizmannın transferini açıqladıqdan sonra "Atletiko" bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin müvafiq bəndinə əsasən, iyulun 1-dən onun təzminat qiymətinin 200 milyon avrodan 120 milyona düşdüyünü bildirib.

Kataloniya təmsilçisinin son məbləği ödəyərək 28 yaşlı oyunçunu aldığı vurğulanıb.(komanda.az)

pia.az

Etiket: Atletiko Madrid

Şərh yazın.

loading...