Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlər xəstəlikləri barədə deyilənlərə necə cavab verir: Tramp, Putin, Merkel, Makron…

Almaniya kansleri Angela Merkel səhhətilə bağlı suallara qeyri-müəyyən cavablar verir

Bəs Tramp, Makron, Putin necə addım atır? Bunu Almaniyanın “Tagesspiegel” qəzeti yazır.

Danimarkanın yeni baş naziri Mette Frederiksenlə görüşdə Angela Merkel qəbul edilən praktikanın əksinə, himni əyləşmiş vəziyyətdə dinləyib. Protokol qaydalarından kənara çıxması onun səhhətilə bağlı söz-söhbətləri yenidən gündəmə gətirib.

“Əvvəla, mən öz vəzifəmin məsuliyyətilə bağlı özümə hesabat verən biriyəm. Özümü də məsuliyyətli aparıram. O cümlədən səhhətimlə bağlı məsələlərdə də məsuliyyətli davranıram”, – Merkel belə deyib.

Bəs başqa prezidentlər səhhəti barədə suallara necə reaksiya verir?

ABŞ prezidenti Donald Trampın sağlıq durumu ilə bağlı da yetərincə söz-söhbətlər gəzir. Məsələn, onda şəxsiyyətin ikiləşməsi, Altsqeymer kimi xəstəliklərin olub-olmaması barədə müzakirələr gedir. Xüsusən onun çıxışında qarışıq fikirlər səslənəndə… Amma 2018-ci ildə Trampın kompleks şəkildə tibbi müayinəsindən sonra həkimi bildirmişdi ki, prezidentdə əqli problem yoxdur.

“Hərçənd, bu il Tramp özünü “çox stabil ağıllı” adlandıranda o, əqli baxımdan yox, yalnız fiziki baxımdan müayinədən keçmişdi”, – “Tagesspiegel” yazıb.

Rəsmi müayinənin nəticələrini müəyyən qədər açıqlayan məsul həkimin məqsədi xalqa prezidentin öz vəzifəsini icra etməyə qadir olduğunu göstərməkdir. Çünki prezidentin durumu həm də xalq üçün təhlükəsizlik məsələsi sayılır. Amma müayinənin nəticələrilə bağlı həqiqətlər hər zaman açıqlanmır. Məsələn, insult keçirən, infarkt vuran bir sıra siyasətçilər olub ki, Amerika xalqı bundan xeyli gec xəbər tutub. Amerika Konstitusiyasının 25-ci maddəsində prezidentin sağlıq durumuna görə öz səlahiyyətlərini icra edə bilməməsi üzündən vəzifədən uzaqlaşdırılması nəzərdə tutulub”, – “Tagesspiegel” yazır.

Fransada isə prezidentin tibbi müayinəsinin nəticələri açıqlanmır. Prezidentin sağlamlığı məsələsi “tabu” sayılır. Buna baxmayaraq, ictimaiyyət bu məsələni müzakirə edir. Məsələn, prezident Emmanuel Makronun arıq olması, üzünün solğun görünməsi dəfələrlə mediada müzakirə mövzusu olub. İddia olunurdu ki, o, çox stress keçirir, yaxşı qidalanmır.

Makron özü isə sağlamlığı mövzusunda sələfləri kimi danışır. Məsələn, Fransanın keçmiş prezidenti Fransua Mitteran (1981-1995) haqda deyirlər ki, o, prezidentliyinin ilk dövrlərindən prostat xərçəngi olduğunu bilib, amma xalqdan gizlədim: “Fransızlar bundan yalnız 1992-ci ildə – o, əməliyyat olunanda xəbər tutublar”.

Vladimir Putinin sağlamlığı vacib məsələ olsa da, indi bu haqda çox adam danışmır. Əvvəl isə fərqli idi. Onun müxtəlif xəstəliklərdən əziyyət çəkməsi barədə söz-söhbətlər dolaşırdı. Hətta xərçəng olduğu da iddia olunurdu.

Putin idmanla məşğul olduğu yerdə foto və videosunun çəkilib ictimaiyyətə nümayiş etdirilməsinə üstünlük verir. Məsələn, onun cüdo ilə məşğul olması, əzələlərini şişirtməsini nümayiş etdirən fotolar bir çox media orqanlarında yayılıb. Putin hokkey də oynayır, balıq tutmaqla məşğul olur, yaxşı üzə bilir.

Görünür, bu yolla həm də sağlam olduğunu nümayiş etdirmək istəyir… (Bizimyol)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar