Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Şərqi Aralıq dənizində Amerika və AB-yə qarşı - Araşdırma

S-400-lər qaz savaşında Ankaraya üstünlük gətirəcək

İvan Abakumov, Dana Xarkova

vzqlyad.ru, 13.07.2019

Rusiya S-400-lərinin Türkiyədəki yerli dislokasiyası göstərir ki, Ankara təkcə Suriya ilə sərhədi bağlamaq deyil, həm də Kipr səmasına nəzarət etmək niyyətindədir. Bu isə Ankaraya ada şelfində qaz çıxarmaq işləri aparmaq üçün gərəkdir. Durum Türkiyə ilə Yunanıstan və bütünlükdə AB arasında münasibətləri aydınlaşdırmağa, deməli, NATO daxilində münaqişəyə gətirəcək.

Yerli “Milli gazete” cümə axşamı təxmin edib ki, Türkiyə hərbçiləri S-400 “Triumf”un ilk batareyasını Şanlıurfa əyalətində Suriya ilə sərhəddə yerləşdirəcək. Qəzet qeyd edir ki, belə bir qərar “məkanı ayrıntılı araşdırma və hökumətin qiymətindən” sonra qəbul olunub. Qəzet yazır ki, daha bir S-400 batareyasını Türkiyənin cənubi-şərq sahilində Mersin əyalətində, ya da Hatay cənub əyalətində yerləşdirə bilərlər.

Diqqətçəkəndir ki, “Triumf” bu üç nöqtənin hər birindən, xüsusən də Mersindən təkcə Suriya sərhədini deyil, həm də Kipri bağlayır. Rusiya komplekslərini məhz bu bölgədə yerləşdirmək bildirəcək ki, ölkə prezidenti Rəcəb Tayib Ərdoğan bu adanın resursları uğrunda mübahisənin yeni durumunda onlardan ciddi arqument kimi yararlanmağı qərara alıb.

Məlumatlı qaynaq əvvəllər “İnterfax”a bildirib ki, Rusiya S-400 ZRK-nın Türkiyəyə tədarükünü iyulun birinci yarısında başlaya bilər. Bir çox ekspertlər hələ iyunun başlanğıcında isə öncədən deyiblər ki, türklər Rusiyanın zenit komplekslərini paytaxtı qorumaq üçün Ankaranın ətrafında saxlayacaqlar. Məlum olduğu kimi, S-400 ZRK 400 km məsafədə aerodinamik hədəfləri vura bilər. Belə bir ssenaridə ona sırf simvolik funksiya ayrılardı, çünki paytaxtdan cənub və şərq hüdudlarına qədər məsafə komplekslərin təsir radiusundan artıqdır.

Amma Ərdoğan çərşənbə günü eyham vurub: Türkiyə “Triumf”un alışına bu qədər ciddi pul qoyubsa, onda bu silahı gerçək şəkildə işlətməyə hazırdır.

TAAS Türkiyə prezidentindən sitat gətirib: “Bizə kimsə hücum edərsə, onda bu HHM sistemlərini işə salacağıq. Bax, biz bu yatırımı da buna görə edirik”.

NATO parlament assambleyasındakı Türkiyə qrupunun vitse-prezidenti Əhməd Berat Çonkar da “İzvestiya”ya müsahibədə istisna etməyib ki, komplekslər Türkiyə-Suriya sərhədində yerləşdiriləcək, təhlükələrdən birini isə Kipri adlandırıb.

Türkiyə siyasətçisi deyib: “Çevrəmizdə ancaq qaynar nöqtələr var: İraq, İran, Suriya, Kipr – bölgəmiz başdan-başa böyük barıt çəlləyidir. Ən ciddi təhlükə Şərqi Aralıq dənizi tərəfdən, Şimali Kipr və Suriyanın olduğu küncdəndir. Buna görə də birinci növbədə cənub və şərq hüdudlarımızı təhlükədən necə qurtaracağımız haqda düşünəcəyik”.

“Türkiyə bölgədə öz HDQ güclərini qazma qurğularını qorumaq üçün cəmləyir, əlbəttə, bu da təhlükəlidir. Ciddi desək, bura Kiprin ərazi sularıdır. Bu akvatoriya hətta türklərin işğal etdikləri Şimali Kiprdən də uzaqdadır, – Yaxın Şərq və Mərkəzi Asiyanı araşdırma mərkəzinin rəhbəri Semyon Baqdasarov “Vzqlyad” qəzetinə deyib.

O daha sonra bildirib: “Ərdoğan belə bir macəraya gedə bilərmı? Bu şəxsiyyətin özəlliklərini nəzərə almaqla, bunu istisna etmək olmaz. Amma onda bu, Avropa Birliyi ölkələri ilə savaşdır”.

Ekspert hesab edir: “Ərdoğan ölkə daxilində öz nüfuzunu yaxşılaşdırmaq üçün Kipr məsələsində qətiyyət göstərir”.

Ekspertin xatırlatdığı kimi, “o, böyük şəhərlərin hamısında – İstanbulda, İzmirdə, Ankarada seçkiləri uduzub. Həm də İstanbulda iki dəfə uduzub, amma birinci dəfə səsvermənin nəticələrini ləğv edib”.

Baqdasarovun hesab etdiyi kimi, “Ərdoğana indi Türkiyə hüdudlarından kənarda böyük “qalmaqal” lazımdır”.

Kipr şelfindəki qaz yatağına gəlincə, onun ətrafında təkcə Kipr və Türkiyənin deyil, həm də İsrail, Livan və Suriyanın da maraqları kəsişir.

Semyon Baqdasarov süözlərinə belə nöqtə qoyub: “Məsələn, İsrail Livanın ərazi sularında yerləşən qonşu şelfdən qaz vurmağı planlaşdırır. Burada bir yığın münaqişəli durum var. Sadəcə, heç kim özünü Ərdoğan qədər təcavüzkar aparmır”.

Hərbi ekspertlər mühitində istisna etmirlər ki, qaz yataqları uğrunda mübahisələr hərbi münaqişəyə keçə bilər.

Geopolitik Problemlər Akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkovun “Vzqlyad” qəzetinə bildirdiyi kimi, Türkiyədə S-400-lərin meydana çıxması “onun Kiprin ərazi sularında araşdırma aparmaq israrında ciddi arqument” olacaq.

O, yada salıb ki, “radiolokasiya raketlərindənsə” “Triumf” böyük mənzilə malikdir.

Sivkov hesab edir: “Onlardan istifadə üçün uyğun komplekslər S-400-ə əlçatan zonaya girməlidir, bu isə böyük itkilər deməkdir. Avropa isə istənilən itkidən bərk qorxur”.

Və əlavə edir ki, belə sistemlərin bölgədə görünməsi faktının özü “Qərb aviasiyasını Türkiyəyə qarşı işlətmək imkanını istisna edir”.

Strateji Kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov istisna etmir ki, Türkiyə lideri tezliklə Avropa Birliyini S-400-ləri artıq Kiprin özünə köçürməklə şantaj etməyə başlaya bilər.

O, belə planlardan imtinanın əvəzində geoloji kəşfiyyat işlərinə göz yummağı, perspektivdə isə Kiprin ərazi sularında qaz hasilatını da qanuniləşdirməyi tələb edər. Lakin Abzalov əmindir ki, Avropa Birliyi və Türkiyənin NATO üzrə qalan müttəfiqləri belə hədələri blef kimi qəbul edər, axı Kiprə Şərqi Aralıq dənizi bölgəsinin strateji önəmli obyekti kimi baxılır.

“Reuters”in cümə axşamı xəbər verdiyi kimi, Avropa Birliyi növbəti həftə Kipr sahilləri yaxınlığında qaz yataqlarını işləməyə görə Türkiyəyə qarşı sanksiyalar qoyacaq. Bu haqda AB Şurasının XİN başçıları səviyyəsində bəyanat layihəsində deyilir. Orada belə geoloji kəşfiyyat işlərini qanunsuz sayırlar, buna görə də avropalılar Türkiyə ilə hava nəqliyyatı üçün Hərtərəfli Saziş üzrə danışıqları dayandırmaq və yüksək səviyyədə görüşdən müvəqqəti imtina etmək niyyətindədirlər.

AB Şurası habelə 2020-ci ildə Türkiyəyə maliyyə dəstəyini azaltmağı təklif edər və Avropa Yatırım Bankını Türkiyə ilə işbirliyinə yenidən baxmağa çağırar. Amma burası da var ki, diplomatlar etiraf edirlər: Brüssel daha ciddi cəza tədbirlərinə əl atmağa hələlik hazır deyil. Axı miqrasiya siyasətində və terrorizimlə mübarizədə türklərlə işbirliyinə ehtiyacı var. Bundan savayı, orada energetikada Ankaradan asılılığı etiraf edirlər.

Yada salaq ki, Kipr iki hissəyə bölünüb, birincisi Avropa Birliyinə daxildir, ikincisini, ərazinin, təxminən, üçdə birini tutan Şimali Kipr Türk Respublikasını isə təkcə Ankara tanıyıb.

Şelfdə və Kiprin müstəsna iqtisadi zonasında bu yaxında böyük təbii qaz yataqları tapılıb. Türkiyə iyunda “Fatih” gəmisini qazıntı üçün mübahisəli bölgəyə göndərib. Kipr hökuməti bu gəminin heyətinin həbsini sanksiyalaşdırıb. Lakin Türkiyə keçən həftə “Yavuz” ikinci qazma gəmisini göndərib. Ərdoğan əvvəllər kiprli türklərin şelf yataqlarına hüququnu, hətta silahlı güclərdən istifadə ilə qorumağa hazır olduğunu bildirib.

Türkiyə XİN bu ərəfədə xəbərdarlıq edib ki, ölkə geoloji kəşfiyyat işlərindən imtina etməyəcək. Orada xatırladıblar ki, “… Şimali Kipr Türk Respublikası hələ 2011-ci ildə “Türkiyə Petrolleri” neft şirkətinə uyğun icazə verib, “Türkiyə də kiprli türklərin adından qazmaya başlayacaq”.

Vaşinqton öz növbəsində bu mübahisədə Avropa Birliyini dəstəkləyib. Orada ikinci gəmini göndərməyi “fitnəkar addım” adlandırıblar. Dövlət Departamenti bildirib: “Biz Türkiyə hökumətini bu əməliyyatı dayandırmağa çağırırıq”.

Şimali Kiprin baş naziri Ərsin Tatar Brüsselin siyasətini cümə axşamı kəskin tənqid edib. О, qeyd edib ki, AB-nin ta başdan tutduğu yunanyönlü mövqe Kipr məsələsini dalana aparıb. “Regnum” ondan sitat gətirir: “Yunan tərəfi fasiləsiz qazma işləri apardığı kimi Kiprin karbohidrogen resursları məsələsində səs hüququ olan Türkiyə tərəfi də bu işləri aparacaq. Biz dayanmayacağıq”.

Ekspertlər yada salırlar: Türkiyəyə özü üçün yataq nişanlamaq hələ iqitsadi səbəblər üzündən də önəmlidir. “Ölkə ciddi basqı altındadır və böyük energetik oyunçu olmaq istəyir, – Dmitri Abzalov “Vzqlyad” qəzetinə deyib. O əlavə edib ki, “Kipr şelfində kəşfiyyat qazıntısını payızadək başa çatdırmaq gərəkdir, bax, Türkiyə buna görə ora birinci gəmi deyil ki, göndərir”.

Bundan savayı, ekspert hesab edir ki, Ərdoğan yunanlarla davanı amerikalı həmkarı ilə oyunda kozır kimi istifadə edir. Dmitri Abzalov xülasə edir: “Tramp Ərdoğana etinasızlıq göstərir və Kiprlə bağlı durum Türkiyə üçün ABŞ-ı danışıqlar prosesinə vadar etmək imkanıdır. NATO üzrə müttəfiqlər, indiki halda Yunanıstan və Türkiyə arasında hərbi əməliyyatlar təhlükəsi Trampı alyansı birləşdirmək üçün bu və ya başqa mövqeyi tutmağa vadar edər. Bu isə, şübhəsiz, Ankaranın mövqeyini gücləndirər”.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar