Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vərəm xəstəsindən pensiyaya çıxmaq üçün 1000 manat rüşvət istənilir - Video

“Mən Mehriban xanımdan xahiş edirəm ki, 1000 manat köməklik eləsin, Füzulidə İkram həkimə verim, pensiyamı düzəltsin. Çünki başqa çarəm qalmayıb.”

“Özüm it damında yaşayıram, vərəm xəstəsiyəm, ayda 60 manat qaçqın kimi çörək pulu alıram, yoldaşım dəmir yığıb satır ki, evi dolandırsın.

Bizdə 1000 manat haradan olsun ki, İkram həkimə verək, pensiya təyin eləsin?! Xahiş edirəm ki, ölkə rəhbərliyi səsimə səs versin”.

Bu sözləri Sensasiya TV-yə video müraciətində Füzulidən köçkün olan Mirələm Dərgahov bildirib.

Onun sözlərinə görə, vərəm xəstəsi kimi Buzovnada dispanserdə yatıb, Füzulidən dərman alır, hazırda Sumqayıtda zavodun həyətində məskunlaşıb.

M.Dərgahov xəstəliyinə görə işləyə bilmir: “Pensiya üçün Füzulidə İkram həkim məndən rüşvət istəyir.

Dövlət mənə 60 manat çörək pulu verir. Yoldaşım dəmir yığır, bu pulla dolanırıq. Ev-eşiyim yox, bu gündə yaşayıram.

Amma Füzuli xəstəxanasında məndən 1000 manat istənilir. Qoy dövlət mənə kömək eləsin, pulu İkram həkimə verim, məni pensiyaya çıxarsın”.

Son illər pensiya və sosial müavinətlərin verilməsində şəffalaşdırılması ilə bağlı kifayət qədər işlər görülüb.

Bürokratik əngəllərin eləcə də, rüşvət hallarının qarşısını almaq üçün Əmək və Əhlinin Sosial Müdafiəsi nazirliyi tərəfindən elektron xidmətlər təklif edilir.

Əlbəttə ki, bütün bünlar ölkə başçısı prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə həyata keçirilir. Amma görünən odur ki, “mərkəzdən qaçma” ənənəsi hələ də davam edir.

Son vaxtlar yüzlərlə insana saxta əlillik və pensiya verilməsi ilə hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanması ilə bağlı açıqlamalar yayılır.

Bu isə o deməkdir ki, yerlərdə həqiqətən də problemlər qalmaqdadır. Belə olan halda da, əlil, pensiya təminatı olan şəxslər bu liqotdan kənar qalır.

Tibbi-Sosial Ekspert Komissiya sədrləri istədiyi insana, istədiyi rəyi yaza bilir və bu sorğu-sualsız qalır.

Nəticədə nazirliyin işinə, eləcə də ölkə rəhbərliyinə qarşı etirazlar yaranır. Son belə halda isə Füzuli rayon Tibbi-Sosial Ekspert Komissiyasının adı hallanır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar