Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Kipr Türk Respublikası yunan Kiprinə əməkdaşlıq təklif edib

Şimali Kipr Türk Respublikası (ŞKTR) BMT vasitəsilə Kipr adasının ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarı ilə bağlı yunan Kiprinə əməkdaşlıq təklif edib

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu əməkdaşlığı dəstəklədiyini bəyan edib.

“Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının imzaladığı Kipr adası ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarına aid yeni əməkdaşlıq layihəsi BMT vasitəsilə yunan Kiprinə təqdim olunub. Bu əməkdaşlıq təklifinin əhəmiyyətini qiymətləndiririk. Bu əməkdaşlıq təklifi qəbul olunarsa, regional sülhün, bərabərliyin, sabitliyin və əməkdaşlığın inkişafına və Kipr münaqişəsinin həllinə zəmin yaranar”, – XİN-in açıqlamasında bildirilib.

Türkiyə XİN BMTAvropa İttifaqını əməkdaşlıq təklifini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışı və istismarı ilə bağlı fəaliyyəti Yunanıstan və Yunan Kiprinin etirazına səbəb olub. May ayında Türkiyə bayrağı altında “Fatih” qazma gəmisi Kiprin qərb sahilindən 75 kilometr məsafədə qazma işlərinə başlayıb və daha sonra Ankara əraziyə daha bir qazma gəmisi göndərib. Rəsmi Afina və Yunan Kipri gəmi heyətinin həb edilməsi ilə bağlı Türkiyəyə xəbərdarlıq edib və Avropa İttifaqını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar