Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağı itirmək - Azərbaycanı itirmək deməkdir!”

“Biz, bu aşağılıq kompleksindən azad olmalıyıq”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” internet televiziyasına müsahibəsində bir sıra aktual məsələlərlə bağlı fikirlərini açıqlayıb.

PİA.az-ın məlumatına görə, ADP sədri Dağlıq Qarabağ probleminin uzun illər boyudur həll edilməməsilə bağlı sualı cavablandırarkən, çox təəssüf ki, həqiqət olan bir sıra faktları tam çılpaqlığı ilə dilə gətirib.

Son bir neçə əsrdə Azərbaycan ərazilərinin böyük hissəsinin Rusiya tərəfindən işğal edildiyini, bir hissəsinin Ermənistan və Gürcüstana verildiyini, Dağıstanı isə özünə birləşdirdiyini vurğulayan S.Cəlaloğlu, eyni siyasətin bu gün də davam etdirildiyini vurğulayıb.

“Qarabağı itirmək- Azərbaycanı itirmək deməkdir” deyən S.Cəlaloğlu Dağlıq Qarabağın işğalının da arxasında Moskvanın dayandığını, Rusiyanın başlıca məqsədinin Qafqazda Azərbaycan türklərinin mövcud olduğu ərazilərin və onların sayının maksimum azaltmaq olduğunu bildirib.

Buna rəğmən Azərbaycan dövlətinin apardığı siyasətin adekvat olmadığını, ölkədə Rusiyanın təsirinin yüksəlməsinə şərait yaradıldığını bildirib. Ölkədə kütləvi şəkildə ruslaşdırma siyasətinin yürüdüldüyünü bildirən ADP sədri, Azərbaycan xalqının buna laqeyd yanaşmasının, hətta müəyyən hissəsinin də bu siyasətdə yaxından iştirak etməsinin ölkənin gələcəyi baxımından çox təhlükəli fakt olduğunu bildirib.

Partiya sədri Azərbaycan xalqının başqa dillərdə danışmağa meyl etməsini millətdə özünə qarşı aşağılıq kompleksinin yaranması ilə izah edib. Bu kompleksdən azad olmağın vacibliyini vurğulayıb.

Sərdar Cəlaloğlunun müsahibəsindən həmin hissəni təqdim edirik:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar