Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan futboluna yeni oyun qaydaları tətbiq olunub – Siyahı

Azərbaycan futbolunda 2019/2020 mövsümünün oyunları qaydalara edilən dəyişikliklərlə keçiriləcək

Bu barədə “Report”a AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydaları qarşıdakı mövsümdən tətbiq edilməyə başlayacaq.

Cəlilov artıq hakimlər və hakim-inspektorlarla yanaşı, xüsusən avrokuboklarda çıxış edən ölkə klublarına bununla bağlı seminarların kecirildiyini açıqlayıb: “Yeni dəyişikliklər artıq tətbiq edildiyindən, oyunlar zamanı çətinlik çəkməmələri üçün onlara seminarın kecirilməsi lazim idi. Ümumilikdə, son 4 ildə qaydalara 210 dəyişiklik edilib. Builki dəyisikliklərin əvvəlkilərdən fərqi artıq birbaşa oyuna tesir etmələridir”.

Yeni qaydalar bunlardır:

1. Hücum edən komandanın oyunçusunun qol vəziyyəti yaratdığı və qol vurduğu zaman bilərəkdən və ya bilməyərəkdən əllə oynaması qayda pozuntusu sayılacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Hakimlər məşqçilərə qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələr göstərə bilərlər;

4. Qapıdan zərbə zamanı topla cərimə meydançası daxilində də oynamaq olar;

5. Hücum edən komandanın oyunçuları cərimə zərbəsi zamanı müdafiə edən komandanın canlı səddindən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra “mübahisəli top” təyin olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar