Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin yenə təhqir olundu - Bu dəfə ukraynalı aparıcı tərəfindən

Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib

“Lenta.ru” xəbər verir ki, Ukraynanın “Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb. Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb: “Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”

O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.

A.Ovdienko, həmçinin Gürcüstanın “Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.

Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı “Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib: “Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü “Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi. (Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar