Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimlərin maaşı artırıldı - İşlərin keyfiyyəti də yüksələcəkmi?

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub

Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Bundan başqa Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilməsi” bildirilir.

Hakimlərin maaşlarının artması ilə bağlı hüquqşünas Əkrəm Həsənov Teleqraf .com- a bunları deyib:
“Bu çox təqdirəlayiq addımdır. Hesab edirəm ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının verilməsi nisbəti artırılmalıdır. Birinci instansiya məhkəmələrinin hakimləri 5000, apelyasiya məhkəmələrinin hakimləri 10000, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri 15000, Konstitusiya Məhkəməsinin hakimləri 25- 30000 manat məbləğində maaş almalıdırlar. Lakin bundan sonra hər hansı hakimin rüşvət alması yolverilməzdir”.

Hakimlərin insan talelərində mühüm rol oynadığını bildirən hüquqşünasın fikrincə, edilən artım hakimlərin rüşvətxorluğunun qarşısını almaq üçün ən təsirli vasitədir. Hüquq sisteminin belə diqqətdə saxlanılması digər sahələrin də inkişafına təsirsiz ötüşmədiyini bildirən ekspert bunun hakimlərin ədalətli olmasına yardımçı olacağını bildirib:

“Hüquq sisteminə büdcədən maliyyə vəsaiti ayrılsa da, təəssüflər olsun ki, hakimlər bundan istifadə edə bilmir. Təsəvvür edin, hakimlərin dəftərxana xərclərinin onların bank hesabına köçürülməsi bəndinin Prezidentin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında yer alıb. Bu detal vəziyyətin acınacaqlı olduğundan xəbər verir. Hakim printerlərin pulunu öz cibindən verməli olur. Üstəlik hakimlərin yardımçıları var. Onlara da maliyyənin verilməsini hakim özü təşkil edir. Belə hallarda hakimlərin rüşvət alması halları yaranır.

Yardımçıların da tələbləri var. Universiteti zorla bitirən belə, 300 manata işləməyə razı deyil. Buna görə də hakim məcburdur ki, yüksək maaş versin".

Hüquq sisteminə yüksək maaşların ayrılmasının labüdlüyünü vurğulayan ekspert həmçinin qeyd edib ki,Azərbaycanda müəyyən qurumlarda maaşlar aylıq 2 min manat civarındadır: "Amma etiraf edək ki, onların fəliyyəti hakmlərin fəaliyyəti qədər çətin deyil". (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar