Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran KİV-ləri Rusiyanı “ABŞ-ın zəif müstəmləkəsi” adlandırır

“Moskva israilli ağalarının dediyi kimi hərəkət edir”

Lyubov Şvedova

svpressa.ru, 11.07.2019

Prezident Vladimir Putinin Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyev bu günlərdə İrana səfər edib. Bildirilir ki, səfər Rusiya Federasiyası başçısının şəxsi göstərişi ilə həyata keçirilib. Məqsəd Qüdsdəki danışıqların nəticələrini İran tərəfinə çatdırmaq idi. Yada salaq ki, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və İsrail Milli Təhülkəsizlik Şurasının başçısı Meir Ben-Şabat iyunun sonunda müqəddəs şəhərdə görüşüblər. Bu danışıqların gedişində İranın Yaxın Şərqdəki roluna xeyli diqqət ayrılıb, Lavrentyevin İran səfərinə zərurət də bununla bağlı meydana çıxıb. İİR-in keçmiş müdafiə naziri kontr-admiral, indi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bizim elçinin həmsöhbəti kimi çıxış edib. Lavrentyevin sözlərinə görə, Patruşev Qüdsdə israillilər və amerikalıların diqqətinə çatdırıb ki, İran Rusiyanın dostu və strateji tərəfdaşıdır, Kreml Yaxın Şərqdə sabit sülhün tərtibini İransız mümkün saymır.

Putinin özəl təmsilçisi bildirib: “İran İslam Respublikasının maraqlarını təmin etmədən bölgədə təhlükəsizliyə nail olmaq mümkünsüzdür”. O habelə inandırıb ki, Patruşev ABŞ tərəfdən İrana maksimal basqı siyasətinə qarşı etirazını bildirib. Rusiya tərəfinin fikrincə, bu, son dərəcə effektsiz və tamamilə faydasızdır. Bundan başqa, Lavrentyev İranın nüvə sazişi çərçivəsində davranışını anlamaqdan danışıb. Tehran onun üzərinə qoyulmuş məhdudiyyətlərdən imtina edib. Bu, ABŞ-ın müqavilədən çıxmasına cavab kimi edilib. Kreml özünə hesabat verir ki, farslar sazişin şərtlərinə birtərəfli qaydada tərəfdar ola bilməzlər.

Sona yaxın Suriyaya keçiblər. Lavrentyev Patruşevin mövqeyini qısaca nağıl edib. Bu, İŞİD və başqa terrorçular üzərində qələbədə İranın müstəsna rolundan ibarətdir. Bundan savayı, Suriya o cümlədən İİR-in sayəsində qismən bütöv dövlət kimi saxlanıb.

Şəmxani cavabında rus qonağa təşəkkür və qarşılıqlı rəğbət ifadə edib. Onun sözlərinə görə, İranın hava məkanında vurulmuş Amerika pilotsuzu məsələsinə görə RF-nin mövqeyi onu çox sevindirib. Ümumiyyətlə, vəssalam.

İranlıların özlərinin bu səfərə və bu danışıqlara reaksiyası daha maraqlıdır. İranda RF-yə münasibət heç də birmənalı deyil. Məsələn, bir tərəfdən İranla dostluqdan danışan, o biri yandan İsrailə Suriyada İİKK-in obyektlərini məhv etmək imkanı verən Rusiyanın nəyə üstünlük verməkdə qeyri-müəyyənliyi ucbatından son zamanlar xeyli tənqid var. Bundan başqa, köhnə günahları tez-tez Rusiyanın yadına salırlar – hətta İraqı müdafiə etməyə çalışmayıb da, Kubanı taleyin ixtiyarına buraxıb və Əfqanıstanı iflasa çatdırıb.

İranın sosial şəbəkə istifadəçilərindən biri yazır ki, əslində, Moskva guya müttəfiqlərinə tüpürür. O ancaq öz qazancını axatarır və ona əl verincə istənilən rolu oynamağa hazırdır. İstifadəçi hesab edir: “Rusiyaya inanmaq olmaz”. Sonra isə bu dərəcəyə çatır ki, Kremlin Qərb qarşısında tam acizliyi elan olunur. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri sabah İrana hücum etsə, “heç kim Rusiyanı münaqişə zonasında heç harada görməz, hiss etməz”. RF-nin belə durumda edə biləcəyi yeganə şey İran torpaqlarından dadlı tikə ələ keçirməkdir. Elektron KİV-lərin iranlı oxucularının və sosial şəbəkə istifadəçilərinin çoxu Rusiyanın ünvanına inamsızlıq ifadə edir. Bəziləri onu dolların köləsi sayırlar, çünki Çinlə birlikdə amerikalılar və israillilərin tam nəzarət etdikləri “indiki kürəsəl maliyyə sisteminə” bağlıdır. Başqaları yada salırlar ki, Rusiya bu nüvə sazişinə bir neçə il qalmış BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı sanksiyaları fəal dəstəkləyib və bununla da Obamaya və siyasətinə sədaqətini sərgiləyib.

Daha bir versiyaya görə, Moskva ta əvvəldən İrana münasibətini gizlətməyib: “Moskva İrana deyib ki, israilli (orijinalda “sionist”dir, amma bu İranda eyni anlayışlardır-müəllif.)” ağalarının dedikləri kimi hərəkət edəcək”. Sonra vurulmuş İl-20 ilə bağlı örnək misal gətirilir və qeyd olunur ki, İsrail cəzasız şəkildə rusiyalıları ölümə məhkum edə bilər. Bəs onda iranlıların nəyindən danışaq? Doğrusu, Rusiya onları həqiqətən müdafiə etməyəcək.

İranın elektron KİV-lərindən birində Şəmxaninin Lavrentyevlə görüşü haqda məqalədə öz fikirlərini anonim şəkildə bölüşən “Missy” ayamalı istifadəçinin postu sosial şəbəkələrdə çox böyük dəstək alıb. O əmindir ki, Ştatlar və İsrail dövlətə ziyan vurmaq üçün yeni üsullar icad etdikcə Rusiya İranın ancaq möhlətini xərcləyir. О, Rusiyanı “busboy” sözü ilə göstərir. İngiliscə danışılan ölkələrdə masanı yığışdıran və icitmai iaşə müəssisələrində ofisiantlara yardım edənləri belə çağırırlar. Rusiya ümumən özünü dost kimi göstərir, amma bu zaman “İranın indiki imkan və potensialının” pərən-pərən düşməsinə şərait yaradır. Bu o üzdən edilir ki, gələcəkdə Tehranı boyun əyməyə vadar etmək Ştatlara daha asan olsun. İstifadəçi son nəticədə Rusiyanı “ABŞ-ın zəif müstəmləkəsi” adlandırır və onu başqa “basboylar”la bir yerdə İranı dolayısı ilə hədələyən Yaponiya və Cənubi Koreya ilə birgə eyni kluba yazır.

Əlbəttə, başqa mövqelər də var. Bəziləri RF-i “yaxşı tərəfdaş” sayır, başqaları Qüdsdəki görüşdən narazıdırlar, amma Lavrentyevin gəlişi və Şəmxani qarşısındakı hesabatı onların pərdəarxası sui-qəsd haqda şübhələrini dağıdıb. Üçüncülər bu faktı göstərirlər ki, Moskva hər halda İrana S-300 satıb və bunu Qərb tərəfdən güclü basqı altında edib. Bu onun İrana münasibətdə yaxşı niyyətindən danışır.

Bəli, müsbət də var, amma bu, son zamanlar getdikcə daha az müşahidə olunur. RF-nin qəribə siyasətindən narazılıq o cümlədən İranda da çoxalır. Yəqin ki, Moskvaya Tehran və Təl-Əviv arasında manevr etmək çətindir. Hər şey ildən-ilə getdikcə qəlizləşir. Və biz bunu iranlıların, heç olmasa, hətta baxışlarından görə bilərik.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar