Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları Konqresdən keçdi

ABŞ Konqresinin Nümayəndələr palatası ötə gün iyulun 11-də Rusiyaya qarşı “cəhənnəm” sanksiyalarını təsdiqləyib

Virtualaz.org xəbər verir ki, bu sanksiyalara əsasən Rusiyanın suveren borcu üzrə əməliyyatların aparılmasına qadağa qoyulur. Sanksiyalar Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə cavabdır.

Konqresmenlər Bred Şerman və Maksin Uoters tərəfindən 2020-ci il üçün müdafiə büdcəsinə və maliyyə ilinə dair qanuna təklif edilmiş düzəliş Rusiyanın suveren borcları ilə əməliyyatların aparılmasını tam qadağan edir. Düzəlişə əsasən bu qadağa ancaq o halda ləğv edilə bilər ki, Rusiya Amerika seçkilərinə bir daha müdaxilə etməsin və Konqres bu qənaətə gəlsin.

“Bizə Rusiyanı ötən seçkilərə müdaxiləyə görə cəzalandırmaq üçün ciddi mexanizm lazımdır ki, bir sonrakı seçkilərə müdaxilə etməsin”,-konqresmen Şerman bildirib.

Lakin həmin düzəlişin əlavə olunduğu müdafiə büdcəsi hələ təsdiqlənməlidir. Əgər qanun layihəsi Konqresin aşağı palatasından keçsə növbəti mərhələdə hər iki palata tərəfindən razılaşdırılmalı, imzalanmaq üçün prezident Donald Trampa təqdim olunmalıdır.

Ağ evdən yayılmış bəyanatda isə deyilir ki, Tramp 2020-ci il üçün müdafiə büdcəsinə veto qoya bilər. Çünki administrasiya demokratlar tərəfindən nəzarət olunan Nümayəndələr palatasının Pentaqona Ağ evin tələb etdiyi kimi 750 milyard dollar deyil, 733 milyard dollar nəzərdə tutmasından narazıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar