Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev “Avrora”nı niyə görməzdən gəlir?

Cənab Mehdiyevin pafoslu çıxışına baxmayaraq hər gün mediada DGK-da baş verən qanunsuzluqlarla bağlı kifayət qədər faktlar göstərilir...

Dövlət Gömrük Komitəsinin ( DGK ) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda inhisarçılıq yoxdur: "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”.

NUH.az-a daxil olan məlumata görə, “Avrora” MMC topdansatış şirkəti Rusiyadan Azərbaycana ərzaq-qida məhsulları gətirir.

Məlumata görə, bu şirkətin məhsulları heç bir gömrük qeydiyyatı olmadan "Yaşıl dəhliz"dən, yəni sərhəddən birbaşa Xırdalandakı anbarlara gətirilir. Yəni qanunsuz yolla ölkəyə mal idxal olunur.

Mənbənin məlumatına görə, şirkət məhsullarını realizə etmək üçün ölkəmizdə “Bolmart"supermarketlər şəbəkəsini yaradıb. Mətbuat üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Avrora” şirkəti Ukrayna, Rusiya qida məhsullarının markasını saxtalaşdıraraq ölkəmizdə satır. (nuh.az)

***

Dia.az xatırladır ki, elə dünən söügedən şirkətlə bağlı dahabir məlumat yayıldı. Məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib. Xəbərə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

1994-ci ildə yaradılan “Avrora" şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “Hochland”, “Chivas”, “Glenfiddich” kimi şirkətlər daxildir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar