Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rus dili anlayışı ləğv edilsin” – Zelenskinin müşaviri

“Rus dili” anlayışı “Rusiya dili” anlayışı ilə əvəzlənməlidir

Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri – Nikita Poturayev buna əmindir. Onun bu barədəki bəyanatını “Ukrlife” telekanalı “You Tube”-da yayımlayıb.

Siyasətçi “rus dili”nin qədimliyini də qeyd edib və bildirib ki, Ukrayna əhalisinin bir hissəsi bu dildə danışır: “Bu, açıq gorünür – həm qramatik, həm leksik, həm də ədəbi baxımdan fərqlənir”.

Onun sözlərinə görə, Rusiyanın özünün adını da dəyişdirmək lazımdır. Müşavirin sözlərinə görə, buna “Moskoviya” adı uyğun gəlir.

Məlumat üçün bildirək ki, Poturayev Zelenskinin “Xalqın nökəri” partiyasından Ali Radanın deputatlığına öz namizədliyini irəli sürüb.

Müşavirin fikirlərinə bir mətləbi də əlavə yeimək yerinə düşərdi. Tanınmış kumık tarixçisi Murad Acı (“Qıpçaq çölünün yovşanı” adlı fundamental əsərin müəllifi) sübut edir ki, dünyada “rus” adlı millət yoxdur, çünki “russkiy” kəlməsi millət anlamına gəlmir. “Russkiy” sözü “kim” sualına cavab vermir, “kiminki” sualına cavab verir. Murad bəy “russkiy” sözünün məhz haradan meydana gəldiyinin izahını da verir. Yazır ki, İsveç işğalı dövründə küçə-bacada yerli əhalidən kimi isə görərkən, soruşarmuşlar - “Çey?” (“kiminkidir?”). Digəri də cavab verərmiş: “Rosskiy”. Yerli əhali hündürboylu, sarışın saçlı isveçliləri “roslıy” (“hündürboylu”) adlandırımış. Məsələn, belə: “On çey?” – “Rosskiy” (O kimminkidir? – “hündürboylununkudur”).

Belədə, ukraynalı müşavirin sözlərinin həqiqət olduğuna şübhə yeri qalmır… (AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar