Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar - Video

Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar 

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüblər. Görüşün əsas mövzusu “Azərbaycanın xarici siyasətində diaspor fəaliyyəti və gənclərin rolu” olub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb.

PİA.az diaspor.gov.az saytına istinadən xəbər verir ki, düşərgədə müxtəlif mövzularda görüş və təlimlər davam edir. Tarixçi alim Solmaz Tohidi “Azərbaycanın 100 illik tarixi” mövzusunda, nəsimişünas alim Səadət Şıxıyeva İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı məlumat veriblər.

“Nəsimi 650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə də görüşüblər. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən görüş iştirakçılarda böyük təəssürat yaradıb.

Düşərgədə məlumat sessiyalarının biri Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə, ümumiyyətlə dünyada miqrasiya siyasətinə həsr olunub. Digər bir görüş Yüksək Texnologiyalar Parkı və bu sahədəki yeniliklərdən bəhs edib. Parkın direktoru Tural Kərimli mövzu ilə bağlı ətraflı məlumat verib.

Diaspor gənclərinin Şamaxının Dəmirçi kəndinə və Safari Parka ekskursiyaları da yaddaqalan olub.
Düşərgədə ünsiyyət bacarıqları, natiqlik və fərdi inkişaf təlimləri, eyni zamanda “Azərbaycanı tanı” yarışması da təşkil edilib.

Düşərgə iyulun 14-ə kimi davam edəcək.

pia.az


Etiket: diplomatlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar