Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb  

UEFA qarşıdakı avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sistemini təqdim edib

Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunda kommersiya fəaliyyətindən ümumi daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bunun 295 milyon avrosu inzibati və təşkilati ehtiyaclara qarşılanacaq, 227,5 milyon avrosu həmrəylik ödənişlərinə xərclənəcək. Turnirlərin iştirakçılarına 2,55 milyard avro ayrılacaq. Bu məbləğin 2,04 milyard avrosu Çempionlar Liqası və Superkubok, 510 milyard avrosu Avropa Liqası iştirakçılarına çatacaq.

Çempionlar Liqasının qrup mərhələsində iştirak qarşılığında 32 klubun hər biri 15,25 milyon avro, qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro alacaq. 1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro, qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro, "pley-off"a çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro irəli düşəcək.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə 1 milyon avro əldə edəcək.

Avropa Liqasında ilkin təsnifat mərhələsinin iştirakçıları 220 min avro, I təsnifat mərhələsindəkilər 240 min avro, II təsnifat mərhələsində çıxış edənlər hərəyə 260 min avro, III təsnifat mərhələsindəkilər 280 min avro, "!pley-off"çular 300 min avro qazanacaqlar.

Çempionlar Liqasında ilkin mərhələ iştirakçıları hərəyə 230 min avro, I təsnifat mərhələsində çıxış edənlər 280 min avro, II təsnifat mərhələsində oynayanlar 380 min avro, III təsnifat mərhələsindəkilər hərəyə 480 min avro əldə edəcəklər. "Pley-off"da iştirak qarşılığında ödəniş nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. Avropa Liqasındakı təmsilçilərə gəldikdə, "Neftçi" və "Səbail" I təsnifat, "Qəbələ" isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.(Report)

pia.az

 


Etiket: UEFA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar