Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın yeni dövr strategiyası - Yeni partiyanı “beşikdə boğmaq” istəyir

Əbdülqadir Selvi
“Hürriyet”, Türkiyə, 08 iyul 2019-cu il

23 iyun seçkilərindən sonra AKP-də önəmli bir proses yaşandı. Prezident Ərdoğan öncə AKP-nin Mərkəzi İdarə Heyətilə, sonra da millət vəkilləri ilə bir araya gəldi. Ərdoğan bu həftə içində iki qrup halında digər millət vəkillərilə də görüşdükdən sonra, 11 iyulda da partiyanın Ali Məclisini toplayacaq.

31 mart və 23 iyun seçkilərilə birlikdə, daxili siyasətdə yeni bir dövrə girildi.

Hazırda AKP-nin qarşısında 4 önəmli gündəlik maddəsi durur:

1. 31 mart və 23 iyun seçkilərinin analiz edilməsi;

2. 2023-cü il seçkilərinə hazırlıq;

3. Abdulla Gül və Əli Babacanın, eyni zamanda Əhməd Davudoğlunun quracağı partiyalar;

4. Kabinetdə və partiya rəhbərliyində dəyişiklik.

Kabinetdə olacaq dəyişikliklər maraq doğurur

Ərdoğanın millət vəkillərilə indiyədək keçirdiyi hər iki görüşdə ona kabinet dəyişikliyi ilə bağlı suallar verilib. Prezident də kabinet dəyişikliyi məsələsinin gündəlikdə saxlanmasına sərt reaksiya verib. Çox aydın formada “Kabinetdə dəyişiklik olmayacaq” deyib. O, “Kabinet dəyişikliyi məsələsini CHP şişirdir, siz də gündəliyə gətirməyin” deyir.

23 iyun seçkilərindən sonra kabinetdə dəyişikliklə bağlı sual verildiyi zaman Ərdoğan, “Kiminsə sifarişi ilə kabinetdə dəyişikliyə heç bir zaman getmərəm. Belə bir adətim yoxdur” demişdi. Ərdoğan sözünə davam edərək, “Əgər media və ya kimsə istədi deyə kabinetdə dəyişikliyə gedərsək, bu ölkədə sabitlik qalmaz” deyərək xəbərdarlıq etmişdi.

Ərdoğan buna oxşar dəyərləndirməni millət vəkillərilə olan toplantıda da edincə, ictimai rəydə belə bir qənaət formalaşır:“Media yazdığı və müxalifət gündəlikdə saxladığı müddətcə, prezident kabinetdə dəyişiklik etməyəcək. Çünki Ərdoğan buna özünə zorla qəbul etdirmə kimi baxır. Bunu edərsə, sabah başqa məsələlərin zorla qəbul etdirilməsinin gündəliyə gələcəyini düşünür”.

Bu, yanlış bir təsbit deyil. Çünki Ərdoğan zamanını və şərtlərini özü müəyyən etdiyi vaxtda dəyişikliyə gedir.

Ərdoğanın qırmızı xətti

Açıq və aydın formada söylənməsə də, kabinet dəyişikliyilə gündəliyə gətirilmək istənən əsas məsələ Xəzinə və Maliyyə naziri Berat Albayrağın dəyişib-dəyişməyəcəyi məsələsidir.

Belə ki, hətta xarici ölkə təmsilçiləri də bu məsələ ilə bağlı öz ölkələrinə hesabat verirlər. Son dövrlərdə verilən hesabatlarda belə deyilirmiş: “Ərdoğanın iki qırmızı xətti var. Berat Albayraq və S-400 məsələsi”.

Ərdoğan “İqtisadiyyatda göstəricilər yaxşılaşır” deyir. İqtisadiyyatı idarə edənlərə etibar etdiyini hiss etdirir. Mərkəzi Bankın sədri Murad Çətinqayanı faizləri endirməyə razı olmadığı üçün vəzifədən azad etdiyini söyləyir. Mərkəzi Bankın yeni dövrdə ilk işinin faizləri endirmə olacağına işarə edir.

Ayrıca, birləşdirilən nazirliklərin yenidən ayrılmayacağını söyləyir.

Ərdoğan meydanlara çıxacaq

Prezident Ərdoğan sentyabr ayından etibarən meydanlara çıxacaq. Böyük şəhərlərdən başlamaqla, AKP-nin qalib gəldiyi vilayətlərə təşəkkür etmək üçün səfərə çıxacaq. Bunun üçün səfər proqramı hazırlanır. Ehtimal ki, Anadolu turuna sentyabr ayında başlayacaq.

Yaxşı, bəs nə üçün sentyabr ayı? Çünki AKP içindən çıxan Abdulla Gül, Əli Babacan və Əhməd Davudoğlunun yeni partiyalarını payızda quracağı gözlənilir.

Görünən odur ki, Ərdoğan yenə də mübarizə yolunu seçəcək.

Millət vəkilləri ilə görüşdə yeni partiya məsələsilə bağlı da suallar verilir. Kabinetdə dəyişikliklə bağlı sual verildikdə Ərdoğanın sərtləşdiyini yuxarıda söyləmişdik. Ancaq yeni partiya haqqında sual verilən zaman Ərdoğanın duyğulanması diqqəti cəlb edib. O, “Kürəyimizdən xəncərlədilər” deyib.

Ərdoğan daha öncə isə “AKP-nin kölgəsini öz kölgəsi kimi görənlər boş çuval kimi aşacaqlar”, “Tarix olacaqlar” demişdi.

AKP-də “Bir uzlaşma qapısı aralaya bilərikmi? Ərdoğanla Əli Babacanı və Əhməd Davudoğlunu bir araya gətirə bilərikmi?” deyənlər də var. Ərdoğan isə o nöqtədə deyil. Bu yaxınlarda Əli Babacan və Əhməd Davudoğlu ilə görüşdü. Görünür, uzlaşma ehtimalını görməyib. Bu səbəblə, uzlaşma yerinə mübarizəni seçib.

Hədəfi yeni partiyalar olacaq

Ərdoğanın Anadolu səfərinə çıxmasının iki hədəfi var.

Birincisi, seçkidən sonra AKP-ni toparlamaq, ikincisi, isə yeni qurulacaq pariyaları doğulmamışdan boğmaqdır.

Ərdoğan yeni partiyalara qarşı “xəyanət” ritorikasından istifadə edəcək, “AKP sayəsində prezident, baş nazir və nazir oldular. İndi isə AKP-yə qarşı xəyanət içindədirlər” deyəcək.

Kabinetdə təftiş nə zaman ola bilər?

Yaxşı, bəs kabinetdə və partiya rəhbərliyində dəyişiklik məsələsi necə olacaq, tamamilə gündəlikdən çıxdımı? Ərdoğanı yaxından tanıyanlara görə, media və daxili siyasətin gündəliyində olduğu müddətcə kabinetdə dəyişiklik etməz. Ancaq vilayətləri gəzdikdən sonra “Cəmiyyətin nəbzini tutdum, dəyişiklik istənilir” deyər və kabinetdə təftişi həyata keçirər.

Tərcümə Strateq.az-ındır

pia.az

 


Etiket: Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar