Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vulkanların yaxınlığında ev tikənlərə xəbərdarlıq

"Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər ehtiyatlı olmalıdırlar"

PİA.AZ bildirir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O, Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlərə müraciət edib: “Vulkan püskürən zaman gurultulu səs eşidilir. Püskürmə prosesi başlamazdan əvvəl isə yerin alt qatında hərəkətlərin olduğu hiss edilir. Ona görə də sakinlər diqqətli olmalıdır. Ümumiyyətlə, vulkan püskürən zaman bədbəxt hadisələrin baş verməməsi üçün yaşayış evləri kraterin yaxınlığında tikilməməlidir. Sakinlər də vulkan yaxınlığında məskunlaşmamalıdırlar. Yaşayış evləri vulkan zonasından ən azı 1 kilometr aralıda tikilməlidir. Bu cür yerlərdə həmçinin təsərrüfat işləri görmək olmaz”.

Şöbə müdiri xatırladıb ki, bu ilin sonunadək Abşeron rayonunda Bozdağ-Qobu, Xəzər dənizinin Ələt qəsəbəsindəki sahilində Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyi ehtimalı olunur: “Hazırda Azərbaycanda vulkan zonalarında vəziyyət stabildir. Amma təbii ki, ilinin sonunadək üç vulkanın aktivləşməsi gözlənilir. Bu, proqnoz deyil. Biz dəfələrlə püskürməsi gözlənilən vulkan zonalarında olmuşuq. Həmin vulkanlardan ikisinin – Bahar və Şıxhazırlı vulkanlarının yaxınlığında məskunlaşma olmasa da, Bozdağ-Qobu vulkanının ətrafında yüzlərlə insan yaşayır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar