Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Syriza”nın qürubu – Radikal sol kapitalizmin qulluqçusuna çevrilib...

“Syriza”nın bədbəxt taleyi Avropa solunun son vəziyyətindən xəbər verir

Slavoj Zizek
“The Independent” qəzeti, ABŞ, 9 iyul 2019-cu il

“Syrizaya” inanmışdım, amma bəlli idiki kapitalizmin gücünə tabe olan kimi seçkidə məğlub olacaq. Sadəlövhcəsinə inanırdım ki, partiyanın AB elitasına qarşı qurduğu bir planı var. Lakin dünyanın hər yerindən populist sağçılar insanların rifahı üçün tədbirlər görərkən, onlar da avtoritar siyasətlərini aparmağı üstün bildilər.

Əgər bizə məlum olan kapitalizm şərtlərində ağır bir iqtisadi böhran baş versə və bu böhran istehsal gücünü zəiflətsə, iqtisadiyyat yenidən normallaşana qədər təxminən 10 il müddətində avtoritar bir rejim (əsasən, hərbi diktatura) başlayacaq. Bunun səbəbi isə proses bitdikdən sonra demokratiyanın bərpasını təmin edə bilməkdir. Məsələn, Çili, Argentina, Cənubi Koreya kimi örnəkləri xatırlayın.

“Syriza”nı xüsusi edən də, əsasən, sağçı diktatorlara məxsus rolu oynamağa icazə verilməsidir. “Syriza” partiyası dərin ictimai yüksəliş və böhran dönəmində iqtidara gəlib, sərt qənaət tədbirləri görüb və indi də səhnəni tərk edərkən yerini “Yeni Demokratiya” adlı bir partiyaya - ilk başda Yunanıstanı böhrana sürükləyən partiyaya buraxıb.

“Syriza” hökumətinin uğurları bir az qarışıqdır. Yaxşı işlər görüblər (adının dəyişdirilməsi məsələsində Makedoniya ilə razılığa gəlmək kimi), amma buna baxmayaraq sonunda durum daha böyük fəlakətlə nəticələndi. “Syriza” hökuməti təkcə qənaət tədbirləri həyata keçirməyib, həm də partiya proqramının qarşı olduğu hər şeyi ediblər. AB bürokratları onların tərs dühası olduğu deyilən “Syriza”nın hakimiyyətə sahiblənməsinə də icazə veriblər. Bu şəkildə də qənaət tədbirlərinə qarşı edilən etirazlar minimuma endiriləcəkdi. Sağçı bir hökumət bunun altından asanlıqla çıxa bilməzdi.

Daha betəri isə odur ki, “Syriza” qənaət tədbirlərini görərək ərsəyə gətirdiyi zəngin ictimai təşkilatlardan ibarət bazasını də məhv etdi. “Syriza” da artıq digərləri kimi sıradan siyasi partiyadır.

“Syriza” iqtidara gəlib AB ilə bazarlıq etməyə başlayanda yeganə variant ya qənaətə etmək, ya da “Grexit” olacaqdı. Yəni yunanlar müharibədə məğlub olmuşdular. Qənaət tədbirlərinin qəbul edilməsi partiya proqramının əsas prinsiplərinə xəyanət etmək demək idi və “Grexit” də həyat standartlarında 30%-lik azalma (dərman və qida çatışmazlıqları da daxil olmaqla) ilə ictimai həyatın çöküşünə səbəb olacaqdı.

“Grexit”in Avropanın maliyyə elitləri üçün uyğun bir variant olduğu bu gün bizə məlumdur. Yanis Varufakis isə Volfqanq Şoybleyə (Almaniya Maliyyə naziri) “Grexit”in bir təhdid olduğunu izah etdikdə Şoyble bu prosesin başlanması üçün dərhal Yunanıstana milyardlıq yardım təklif etdiyini bildirmişdi.

Lakin Avropa elitasının qəbul edə bilməyəcəyi variant “Grexit” deyil, Yunanıstanın AB-də qalması və buradan bir əks həmlə etməyə cəhd etməsi idi. Şoyblenin reaksiyası hər şeyi açıq-aydın göstərir: “Grexit”in yaradacağı çöküş bütün solçulara radikal iqtisadi tədbirlərlə zarafat edilməyəcəyini göstərəcəkdi. Çünki sistem bu yolda xalqı hansı təhlükələrin gözlədiyini göstərmək üçün hər 20-30 ildən bir radikal solun iqtidara gəlməsinə imkan yaradır.

Bununla da, hər şey bu variant qarşısında mübarizə aparmağa və üçüncü bir yol tapmağa bağlıdır. Bizim kimi “Syriza”ya dəstək verən sadəlövh insanlar da partiyanın bu məsələ ilə bağlı bir planı olduğunu düşündü. Onlarla etdiyim bütün müzakirələrdə əmin olmuşdum ki, nə etdiklərini bilirlər. AB-nin Yunanıstan üzərindəki təzyiqlərinin zorakılıq olduğunu deyən bütün sol tənqidlərə rəğmən AB yenə heç kəsi təəccübləndirmədi. Brüssel bürokratları tam da gözlədiyimiz kimi davranaraq “Syriza”nı tək qoydu. Bəs 2015-ci ilin iyul ayındakı geri dönüşlərə təkan verən nə idi?

Bir ifratçının əks istiqamətə çevrilməsi, şübhəsiz, ən spekulyativ hegelçi filosofları belə təəccübləndirə bilər. AB rəhbərliyi ilə edilmiş hər bir əzici bazarlıqlardan artıq bezmiş “Syriza” 5 iyul referendumunda xalqdan AB-nin yeni qənaət tədbirlərini qəbul edib etmədiyini soruşdu.

Hökümətin özü də açıq şəkildə “Xeyr” və ya “Oxi” cavabına dəstək verdiyini bildirsə belə, nəticə onları da təəccübləndirdi: 61%-lik bir kütlə AB-nin təhdidlərinə yox dedi. Ətrafda gəzən şaiyələrə görə, bu nəticə, hökümətin qazandığı uğur, hətta məğlub olmaq istəyən və beləliklə də, məğlubiyyəti AB-nin tələblərinə boyun əymək üçün bəhanə etmək istəyən (seçicinin qərarına hörmətlə yanaşmalıyıq) Çiprası belə təəccübləndirmişdi.

Lakin Yuananıstanın iardəsinin ortada olmasına baxmayaraq, sonrakı gün Çipras Yunanıstanın bazarlığa davam etməyə hazır olduğunu elan etdi. Bir neçə gün sonra isə Yunanıstan seçicinin “yox” dediyi bütün AB təkliflərini (hətta bəzi sərt detalları da) müzakirəyə çıxardı. Qısaca, Çipras, sanki, referendumda məğlub olmuş kimi davranmağa başladı.

Bu nöqtədə populizmin əsl üzünü görürük: kapitalın gücünə qarşı qoya bilməmək. O bəlağətli populist şüarlar (referendum zəfəri) dərhal tabeçiliyə, kapitalist sistem qarşısında yaranmış acizliyə çevrildi. Bu çevrilmə sadə bir xəyanət deyildi, dərin bir ehtiyacın təcəssümü idi. Burada “xəyanətdən” danışmaq çox asandır, lakin hal-hazırda solun daxil olduğu daha dərin böhranı həll etməyə çalışırıq.

Xatırlayıram ki, 2015-ci ildəki seçki dönəmində gedən müzakirələr zamanı yaranmış möhtəşəm ictimai yüksəliş, Sintaqma meydanında 1 milyon insanın mahnı oxuyub səslərini başlarına atması ilə bağlı xəbərdarlıq etmişdim. Əsas vacib məsələ isə kollektiv trans vəziyyətin yaratdığı paxmeldən sonrakı hadisələr və bu coşğunun konkret tədbirlərə çevrilə bilməsi idi.

Tez-tez yadıma düşən xatirələr içində, əsasən, köhnə aksiyaların ildönümündə bir kafedə görüşüb birlik olmaqla bağlı pafoslu söhbətlər edən, amma sonra bir nəfərin telefonuna zəng gələn kimi sıxıcı işlərinə gedən qruplar olur. Bu gün eynilə belə bir səhnəni asanlıqla təsəvvür edə bilərik: “Syriza” üvzləri bir kafedə görüşüblər və 2015-ci ildəki etiraz aksiyalarının o mükəmməl ruhunu yad edirlər, sonra birdən kiminsə telefonu zəng çalır və hamısı birdən qənaət tədbirləri ilə bağlı işlərini görmək üçün ofislərinə qayıdırlar...

Dünyamız artıq bu gündədir: Populist sağçılar rifah işləri görür, radikal solçular isə avtoritar qənaət tədbirlərini dünyaya yeridirlər. Görəsən, yeni sol bu girdabdan xilas ola biləcəkmi?

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar