Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda turistlərin yerləşdirilməsi fəaliyyəti ilə məşğul olanların sayı artıb

Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artıb

2014-cü ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə məşğul əhalinin sayı 55,7 min nəfər idisə, 2015-ci ildə bu rəqəm 61,5 min nəfər, 2016-cı ildə 68,4 min nəfər, 2017-ci ildə 73,5 min nəfər olub.

Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı bir qədər də artaraq 78,2 min nəfərə yüksəlib.

Ötən müddətdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artsa da, maliyyə və sığorta fəaliyyəti üzrə bu say azalıb.

2014-cü ildə 32,8 min nəfər bu sahə ilə məşğul olduğu halda, 2018-ci ildə bu göstərici 27,4 minə enib.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib. Bununla əlaqədar ölkədə turizm fəaliyyəti ilə məşğul şirkətlərin sayı getdikcə artır. Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.

Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin".(Trend)

pia.az


Etiket: turist

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar