Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Məmmədov medalla təltif edilib - Foto

Prezidenti İlham Əliyev Ceyhun Məmmədovu medalla təltif edib

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib

Milli.Az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Trend-ə verilən məlumata görə, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün - 10 iyul 2019-cu il tarixdə - Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, i.f.d. Ceyhun Məmmədova təqdim edilib.

Aİİ-nin rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi İnstitutun kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:

"Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və İnstitutun kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik. Bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm".

Məlumat üçün bildiririk ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar