Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uber” helikopter-taksi servisini istifadəyə verib - Nyu-Yorkda

ABŞ-ın “Uber” şirkəti Nyu-York şəhərində müştərilərin Con Kennedi adına beynəlxalq aeroporta çatdırılması üçün helikopter-taksi servisini istifadəyə verib

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, yeni servis “Uber Copter” adını alıb.

Bundan sonra müştərilər 200 dollar ödəyərək Manhetten rayonunun aşağı hissəsində yerləşən uçuş-eniş zolağından aeroporta uça biləcəklər. Adi taksi ilə bir saat və pik saatlarında daha uzun müddətə gedilən yolu helikopterlə təxminən 8 dəqiqəyə qət etmək mümkün olacaq.

“Uber” şirkəti uçuşların həyata keçirilməsi üçün müqavilə bağladığı “HeliFlite” şirkətinin helikopterlərindən və pilotlarından istifadə edəcək.

Qeyd edək ki, “Uber” mobil telefondakı proqram vasitəsi ilə şəxsi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar onlayn xidmətdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar