Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngilis funt sterlinqi sürətlə ucuzlaşır

Böyük Britaniyanın milli valyutası – ingilis funt sterlinqi dünyanın aparıcı valyutaları, o cümlədən ABŞ dolları qarşısında sürətlə ucuzlaşır

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, iyunun 24-də 1,27 olan USD/GBP nisbəti 1,24-ə düşüb.

Bu, 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir.

Böyük Britaniyanın dövlət istiqrazlarının gəlirliliyi isə 2016-cı ilin sentyabr ayından bəri ən aşağı həddədir – 0,72%. Amma son günlər bu göstəricidə dəyişiklik olmayıb.

Ekspertlər funt sterlinqin dəyərdən düşməsini Böyük Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirr. Xüsusilə bu ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir.

İnvestorlar ölkənin Avropa İttifaqını tərk etməsini, baş nazir Tereza Meyin istefa verməsi fonunda İngiltərə Mərkəzi Bankının faiz dəhlizi parametrlərini aşağı salmasını əlavə risk kimi qiymətləndirirlər. Sonuncu amil dövlət istiqrazlarının cəlbediciliyini azaldır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar