Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Atama 3 gündən artıq yas saxlamaram"

Elton tənqidlərə cavab verdi

Müğənni Elton Hüseynəliyev həmkarı Nazəninlə yayılan rəqs videosunu tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə ünvanına yazılan sualları da cavablandırıb. Elton bildirib ki, öz istədiyi kimi yaşayır və tənqidlərə əhəmiyyət vermir:

"Gürcüstanda toyda oynamağıma gəldikdə... Bəli, mənim yas mərasimindən sonra olan hadisə idi. Hətta video çəkilə-çəkilə Nazənin xanıma demədim ki, paylaşma. Süni bir söz heç vaxt deməmişəm, demərəm də. Atama üç gündən artıq yas tutmadım, tutmaram da. Atam Allahın rəhmətinə qovuşub. Bu dünyadan imanlı gedib, kafir kimi yox. Gözü yolda qalmayıb, rahat gedib. Anamdan, məndən, gəlinlərindən, övladlarından və nəvələrindən razı gedib.

Ürəyimdə ömürboyu ağrısı, gözümdə yaşı bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Mənə rəqs etməyi atam öyrədib. İndi ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşayır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmıram, başqasının aldığı kostyumu geyinib, kişilikdən dəm vurmuram. "İnsanlar nə deyər" düşüncəsi ilə yaşamamışam, yaşamayacam da. Xoşbəxtəm, ona görə ki, özüməm. Bir gündə min obraza girənlərdən olmaqdansa, ölmək yaxşıdır.

Hamıya hörmət edirəm. Artıq-əskik yazanlara isə demək istəyirəm ki, etik qaydadan çıxmaq insana hörmətsizlik gətirir. Hər kəs fikirlərini özünə saxlasın, öz həyatına baxsın. Başını İnstqramda hər yerə soxmasın. yaxşı insan olmaq rolunu oynamıram mən".

Qeyd edək ki, bir neçə həftə əvvəl Eltonun atası dünyasını dəyişib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar