Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talibanla Kabil höküməti ortaq nəticə əldə edə biləcəkmi?

Əfqan nümayəndə: “Atamın qatilləri ilə üzbəüz oturmaq asan olmadı”.

“The Independent” qəzeti, ABŞ, 8 iyul 2019-cu il

Kabil hökuməti ilə Taliban nümayəndələri ilk dəfə rəsmi olaraq görüşüblər. Sülh yönümlü müzakirələrdə 18 ildir davam edən çəkişmələrlə bağlı müsbət nəticələr əldə olunub.

Əfqanıstanda Talibanla Kabil hökuməti arasında sülh yaratmaq məqsədilə Qətərin paytaxtı Dohada iki konfrans keçirilib. ABŞ-ın liderlik etdiyi görüşlərin 7-ci hissəsi 29 iyunda başlayıb və müzakirələrə Almaniyanın ev sahibliyi ilə 7-8 iyul tarixlərində əfqan nümayəndələrin və Taliban üzvlərinin iştirakı ilə keçirilən “Əfqanıstan Daxili Dialoqu Konfransı” ilə fasilə verilib.

Daha əvvəl Moskvada həyata keçirilən iki iclasdan sonra Dohada üçüncü iclas keçirilib. ABŞ-lı nümayəndələr daxili məsələlərlə bağlı danışıqlarda iştirak etməyiblər. Həmin danışıqların ilk günündə 17 nəfərlik Taliban komandası və içində qadın nümayəndələrin və siyasətçilərin də olduğu 60 nəfərlik əfqan heyəti iştirak edib. İştirakçılar arasında yaxınlarını itirmiş şəxslər də vardı və Amerika müzakirələrdən çəkildikdən sonra həmin şəxslər Əfqanıstanın gələcəyi barədə müzakirələr aparıblar.

“The New York Times” qəzetinin verdiyi məlumata görə, konfransı bir alman qurumu ilə birgə təşkil edən Doha İnstitutunun direktoru Sultan Bərəkət qeyd edib: "Bu konfrans hər iki tərəfə keçən 18 ildə vəziyyətin necə dəyişdiyini açıq şəkildə göstərir. 18 il heç də qısa müddət deyil”.

Köhnə Quantanamo məhbusları da masada idi

Əfqanıstanlı iştirakçıların arasında ailə üzvlərini sui-qəsd nəticəsində itirmiş nümayəndələr və bir avtobus dolusu insanın yanaraq ölməyinə şahid olan bir media qurumu rəhbəri də olub.

Qətərə nümayəndə göndərən Taliban komandasında isə 10 il ərzində ABŞ-ın Quantanamo həbsxanasında məhbus olmuş insanlar vardı. “FransPress”-in paylaşdığı bir şəkildə köhnə Quantanamo məhbuslarından Nurullah Nuri və Məhəmməd Nəbi Öməri də masada heyətlə birgə oturub.

Taliban sülh danışıqları üçün təşkilatın önəmli simalarından olan Molla Əbdülqəni Baradarı göndərib. 2010-cu ildə tutulan və Pakistanda 8 ilə yaxın həbsxanada qaldıqdan sonra keçən il buraxılan və məhbus həyatının “sağlamlığına zərər verdiyi” deyilən Baradar görüşlərin bazar günkü hissəsində iştirak etməyib. Digər tərəfdən, qeyd edilir ki, əfqan nümayəndələrlə yanaşı, Taliban nümayəndələri içərisində də toqquşmalar zamanı yaxınlarını itirən insanlar var.

ABŞ sülh danışıqlarında kilid nöqtəsi olub

Tərəflər arasındakı danışıqlar ABŞ-ın Əfqanıstandan 14 min hərbi bazanı geri çəkməyi planlaşdırması baxımından xüsusi önəm daşıyır. “The New York Times” qəzeti bildirir ki, iclasda bəzən təzyiq yüksəlsə də, danışıqlar “hörmət çərçivəsində” aparılıb.

Amerika qəzetinin toxunduğu digər bir məsələ isə budur ki, əfqan heyəti görüş əsnasında talibanlı qadınların işləməsinə və təhsil almaq hüququna hörmətlə yanaşmaq barədə məsuliyyət daşıdıqlarını bildiriblər.

Yeri gəlmişkən, Əfqanıstanda Müstəqil İnsan Hüquqları Komissiyasının rəhbəri Nadir Nadiri Taliban rejimi altında işgəncələr gördüyünü bildirib. Lakin o qeyd edib ki, Taliban üzvləri də həbs edildiyi illərdə əzablı günlər keçiriblər: “Üzvlərinizin də çətin günlər keçirdiyini bilirəm və onları cəsarətlə bağışlayıram”.

Əfqan nümayəndə: “Atamın qatilləri ilə üzbəüz oturmaq asan olmadı”.

Taliban komandasından Molla Əbdüssəlam Hənəfi isə əfqan heyətinin itkilərə qarşı seçici davrandığını, Kabil hökumətinin və medianın əfqan və amerikalı qüvvələrin törətdiyi faciələri önəmsəmədiyini bildirib. Hənəfi, həmçinin qeyd edib: “Bütün tərəflər əzab çəkib. İşğal bitməli və bu əzablar sona çatmalıdır”.

İclasda iştirak edənlərin arasında bu əzabı yaşamış insanlardan biri də Əfqanıstan şurasının üzvü Əbdülmətin Bekdir. 2011-ci ildə millət vəkili olan atasını bir terror aktında itirən Bek atasının qatilləri ilə üzbəüz oturmağın asan olmadığını, lakin bu məsələni yekunlaşdırmaq məcburiyyətində olduqlarını deyib.

Talibançılar əfqan lider Qanini Qərb tərəfdaşı adlandıraraq tənqid edirdi

Taliban “Qərbdən dəstək alan” Əfqanıstan prezidenti Əşrəf Qani ilə müzakirələr aparmağı hər dəfə qətiyyətlə rədd edirdi, lakin iclaslarda heyətlərin təkcə “şəxsi səlahiyyət”lə iştirak etməsi məsələsində razılaşmışdı. Ona görə də, əfqan hökumətinin “şəxsi seçim” olaraq ilk dəfə iclasda iştirak etdiyi düşünülür.

Əfqan cəbhəsi Talibanı qonşu Pakistanın təsiri altında hərəkət edən terror qruplaşması kimi görür. Taliban isə Kabil rəhbərliyini “ABŞ-ın kuklası” adlandırır.

Görüşlərə Qəznədə baş vermiş qanlı hücumlar kölgə saldı

Dohada əfqan nümayəndələri ilə Taliban arasında “yeni Əfqanıstan” üçün tarixi görüşlər davam edərkən qanlı toqquşmalarla bağlı xəbərlər gəlib. Əfqanıstanın Qəznə şəhərində Milli Kəşfiyyat Nazirliyinin binasına bombalar yerləşdirilib və hücumda 8 nəfər təhlükəsizlik işçisi və 6 sivil vətəndaş həyatını itirib. Bir məktəbin yaxınlığında törədilən hücumda 60-a yaxın uşaqla birlikdə ümumən 180 nəfər yaralanıb. Qətərdəki görüşlərə kölgə salan hücumu Talibanın törətdiyi məlum olub.
Halbuki, FransPress-in xəbərinə görə, Talibanın Qətərdəki nümayəndəsi Süheyl Şahin görüşlərlə bağlı müsbət rəy bildirərək bir “tvit” paylaşıb: “Bu prosesdən çox razıyıq və işin nəticə verəcəyinə ümid edirik. Bu ana qədər hər hansı bir çətinliyimiz olmayıb”.

ABŞ-Taliban görüşlərində cavabını gözləyən 4 sual var

ABŞ-ın rəhbərlik etdiyi Əfqanıstan Daxili Dialoqu Konfransı üçün fasilə verilən digər iclasın da sabah qaldığı yerdən davam edəcəyi gözlənilir.

ABŞ-Taliban görüşləri çərçivəsində yanvar ayında ortaya qoyulmuş məsələlərin həlli yolunda bəzi nüanslar var: ABŞ qüvvələrinin Əfqanıstandan geri çəkiləcəyi tarix, uzunmüddətli atəşkəs, Talibanın xarici qruplaşmalara hücum etmək üçün Əfqanıstandan istifadə etməməsi barədə qarantiya almaq və əfqan səlahiyyətliləri ilə birbaşa görüşlər həyata keçirmək və s.

ABŞ-ın Əfqanıstandakı Xüsusi Nümayəndəsi Zalmay Xəlilzad sosial media vasitəsilə verdiyi açıqlamalarda bildirib ki, bu istiqamətdə 4 əsas məsələ irəliləyiş əldə olunub. O, həmçinin, son görüşlərdə “sağlam bir proses”in başladığını bildirsə də, amerikalı əsgərlərin Əfqanıstandan hansı miqdar və hansı şərtlər müqabilində geri çəkiləcəyi hələ də məlum deyil. ABŞ prezidenti Donald Tramp 2017-ci ildə əfqan qüvvələrinə təlim keçmək üçün əlavə əsgər göndərəcəyini bildirib, sonra da qərarını dəyişərək keçən ilin dekabrında Əfqanıstanda Amerikanın mövcudluğunu azalacağını elan edib. Bununla da, hal-hazırda gedən toqquşmalar və əfqan hökuməti ilə Taliban arasındakı ixtilaflara görə ölkənin yükü daha da artıb.

Əfqanıstan prezident seçkilərinə hazırlaşır

Bir tərəfdən isə Moskvadan sonra Dohada davam edən müzakirələr həm Əfqanıstanı ABŞ-ın geri çəkilməsindən sonrakı prosesə hazırlayır, həm də ölkədə 28 sentyabrda keçiriləcək prezident seçkiləri üçün də xüsusi önəm daşıyır. Əfqanıstanı uzun illər öz təsiri altında tutan çəkişmələr ucbatından aparılan sülh danışıqları bir çoxuna görə “ümidsiz cəhdlər”dən başqa bir şey deyil. Bu görüşlərin sentyabrda keçiriləcək prezident seçkilərindən əvvəl ölkədəki siyasi atmosferə necə təsir edəcəyi isə hələ ki, məlum deyil.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar