Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın səbəbi məlum olub

Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.

Belə ki, "Mersedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus üzü Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq məraimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən yerindəcə ölüblər.

Son dəqiqləşdirmələrə görə qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Əldə etdiyimiz məlumata görə qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb.

Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyidlər müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar

  1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il
  2. 2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar