Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Ağstafa sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır

ADY rəsmisi Elyar Muradov: “Bu, dəmir yollarının sabit cərəyan rejimindən dəyişən cərəyan rejiminə keçirilməsi ilə əlaqədardır”

İyulun 15-dən etibarən Bakı-Ağstafa-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. Bu barədə Müsavat.com-a verilən məlumatı Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşıma Departamentinin rəhbəri Elyar Muradov təsdiqləyib.

Departament rəisinin dediyinə görə, Bakı-Ağstafa-Bakı sərnişin qatarının hərəkəti Azərbaycan dəmir yollarının sabit cərəyan rejimindən dəyişən cərəyan rejiminə keçirilməsi prosesi ilə əlaqədar dayandırılır: “Qatarın hərəkətinin dayandırılması yollarda qatarların hərəkətinin optimallaşdırılması məqsədi daşıyır. Dəyişən cərəyan rejiminə keçid mərhələ-mərhələ həyata keçiriləcək. İlkin mərhələdə Böyük Kəsik-Gəncə, daha sonra Gəncə-Ucar hissəsi və sair. Bakıya qədər bütün yol dəyişən cərəyan rejiminə keçiriləcək. Bu müddətdə elektrik enerjisinə qoşulmaqla daşınan qatarların hərəkəti dayandırılır. Bütün qatarlar teplovozlarla daşınacaq. Ağstafa qatarının hərəkətinin tam dayandırıldığını da söyləmək düzgün olmazdı, çünki onun vaqonları Tiflis-Bakı və Böyük Kəsik-Bakı qatarlarına birləşdiriləcək”.

Elyar Muradov

E.Muradov onu da bildirdi ki, qərb istiqamətində yalnız sərnişin deyil, yük qatarlarının hərəkəti də optimallaşdırılır: “Bütün hərəkətdə olan qatarlar teplovozlarla daşınacaq. Yəqin ki, proses bir neçə ay davam edəcək. İşlər yekunlaşandan sonra Ağstafa qatarının hərəkəti bərpa olunacaq”.(müsavat.com)

pia.az

 


Etiket: Qatar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar