Nizami rayonu, Keşlə qəsəbəsindəki qəbiristanlıqda yanğın hadisəsi qeydə alınıb
Yanğın uşaq qəbiristanlığında qeydə alınıb. Bu barədə məlumat verən sakinlər bildiriblər ki, yanğın dünən günorta saatlarında qeydə alınıb və onların müdaxiləsi ilə xeyli müddət ərzində söndürülüb.
Məlumata görə yanğın nəticəsində məzar daşlarının bir çoxuna zərər dəyib. Onlardan biri aşıb, digərləri isə rəngi qaralıb.(Bizimyol.info)
pia.az