Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kənd Təsərrüfatına yanaşma sistemi dəyişməlidir” – Ekspert belə hesab edir...

Ekspert: “Kənd təsərrüfatında bir çox problemlər mövcuddur və bu problemlər daha çox insan, kadr faktoruna bağlıdır”.

“Kənd təsərrüfatında niyə inkişaf yaranmır? Çünki məmurlar o, sərəncam və fərmanları qeyri-işlək hala gətirirlər”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli prezident İlham Əliyevin keçən həftə imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ötən həftə prezident İlham Əliyev aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərman imzalayıb. Bu fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilir. Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edəcək; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin edəcək.

Qeyd edək ki, Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bu fərman subsidiyanın verilməsi mexanizminin təkmilləşdirilməsi, eyni zamanda, fermerlərin subsidiyalara əlçatanlığının təmin olunmasına xidmət edə biləcəkmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Vahid Məhərrəmliyə müraciət edib.

Vahid Məhərrəmli: “Mən düşünürəm ki, monopolist məmurlar Prezidentin növbəti sərəncamını da öz maraqlarına uyğun tətbiq edəcəklər. Yəni bu sərəncam onların biznesini genişləndirəcək, onların imkanlarını yaxşılaşdıracaq”.

Bu gün kənd təsərrüfatının inkişafını təmin etmək üçün ən vacib məsələnin subsidiya olmadığını düşünən ekspertə görə, bu sahədə önəmli olan yeni siyasətin müəyyən edilməsi, torpaqların münbitliyinin bərpası, su təsərrüfatının yaxşılaşdırılması, kəndlilərin, fermerlərin bilik səviyyəsinin və informasiya təminatının artırılması, həmçinin, bazar strukturunun təkmilləşdirilməsidir:

“İndiki kadrlarla və indiki vəziyyət ilə subsidiyaların həcmini 10 dəfə artırsalar da və şəffaf etsələr də, artıq kənd təsərrüfatında nəyəsə nail olmaq mümkün deyil. Çünki problem heç də onunla bağlı deyil ki, əvvəllər subsidiya mənimsənilirdi, fermerə gedib çatmırdı və yaxud da az idi. İş burasındadır ki, artıq torpaqlar öz münbitliyini itirib. Artıq aqrar sahədə peşəkarların sayı xeyli azalıb. Bu sahədə bir çox problemlər mövcuddur. Və bu problemlər daha çox insan, kadr faktoruna bağlıdır.

Əgər bu problemləri pulla həll etmək olsaydı, ərəb ölkələri kənd təsərrüfatı sahəsindədünyada birinci yerdə olardı. Hal-hazırda dünyanın ən zəngin ölkələri ərəb ölkələridir. Çünki onlar daha neftdən çox maliyyə resursları toplaya bilirlər. Deməli, əsas məsələ maliyyə deyiil, kənd təsərrüfatına ayrılan subsidiya deyil. Bu sahədə mövcud olan əsas məsələ vəziyyətin dəyişməsidir. Kənd təsərrüfatına yanaşma sistemi dəyişməlidir. Bu durum kənd təsərrüfatında yeni siyasətin müəyyən edilməsi ilə, torpaqların münbitliyinin bərpası, su təsərrüfatının yaxşılaşdırılması, kəndlilərin, fermerlərin bilik səviyyəsinin və informasiya təminatının artırılması, həmçinin, bazar strukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Yəni kifayət qədər problemlər var ki, bunlar öz həllini tapmalıdır.

Prezident indiyədək yüzlərlə sərəncam imzalayıb və hər dəfə sərəncam imzalayanda ətrafındakılar deyib ki, bu sərəncam kənd təsərrüfatında inqilabi bir dönüş yaradacaq. Lakin bunlar baş verməyib. Niyə? Çünki elə həmin adamlar o sərəncam və fərmanları qeyri-işlək hala gətirirlər. Ya da öz maraqları çərçivəsində yanaşırlar həmin sərəncam və fərmanların icrasına. Bu da kənd təsrrüfatında problemlərin azalmasına deyil, artmasına gətirib çıxarır.

Vahid Məhərrəmli: “Aqrar sektorda normal, işlək sistem qurulmalıdır ki, kənd təsərrüfatı normal inkişaf etsin”.

Bu gün problem olduqca dərindir. Yəni problemi kökündən həll etmək lazımdır. Aqrar sektorda normal, işlək sistem qurulmalıdır ki, kənd təsərrüfatı normal inkişaf etsin. Subsidiya, bəlkə də, mininci məsələdir. Yəni bu işdə mininci yerdə subsidiya durur. Əsas məsələ kadrların hazırlanması, onların yerləşdirilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması, su və texnika təminatı, torpağın münbitliyinin bərpasıdır. Bu kimi yüzlərlə vacib problemlər var.

Mən düşünürəm ki, monopolist məmurlar Prezidentin növbəti sərəncamını da öz maraqlarına uyğun tətbiq edəcəklər. Yəni bu sərəncam onların biznesini genişləndirəcək, onların imkanlarını yaxşılaşdıracaq. Bu işlə səmimi məşğul olan kəndlilərin, fermerlərin durumu isə pisləşməkdə davam edəcək”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar